
ADNSu-nun tələbələri Gəncə avtomobil zavodu İB-də oldular
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup tələbəsi Gəncə avtomobil zavodu İstehsalat Birliyində tədris-təcrübə proqramına uyğun olaraq müəssisədə olublar. Onlar istehsal olunan texnikalarla tanış olub, texnikaların yığım qaydaları, istifadə sahələri, ehtiyat hissələri ilə tanış olublar.
Müəssisənin mətbuat xidməti tərəfindən verilən xəbərə görə ali təhsil ocağının İnformasiya texnologiyaları fakultəsinin 3 qrup tələbəsinə birliyin fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Texnikaların modelləri, onların istifadə sahələri, yığım xəttində görülən işlərdən danışılıb.
Birliyin fəaliyyəti barədə geniş məlumatlandırılan ADNSU-nun tələbələrini maraqlandıran suallara cavab verilib.