Preloader Close

Rəhbərlik

Müşahidə şurasının sədri

 

 

XANLAR NURU OĞLU FƏTİYEV

 

 

Xanlar Fətiyev 1972-ci il yanvarın 15-də Bakı şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sənaye və İnşaat Mühəndisliyi fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1988-ci ildə başlayıb. 

  • 1992-2003-cü illərdə “Betonşik”, “Elruz”, “Avestas” müəssisələrinə rəhbərlik edib.
  • 2003-2004-cü illərdə - Aznur MMC-nin baş direktoru.
  • 2004-2011-ci illərdə - Gəncə Avtomobil Zavodunun direktoru.
  • Hazırda Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədridir.

Yeni Azərbaycan Partiyasının üzvü olaraq Azərbaycan Respublikasının Milli Məclisinin  IV, V və VII çağırış deputatı

Üzv olduğu komitə və komissiyalar:

  • Aqrar siyasət komitəsi
  • Regional məsələlər komitəsi
  • Azərbaycan və Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. 

Üzv olduğu Parlamentlərarası əlaqələr üzrə işçi qruplar:

  • Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Nəzarət-büdcə Komissiyasının sədr müavini
  • Azərbaycan-Almaniya Federativ Respublikası və Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü
  • Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının üzvü
  • Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyasının nümayəndə heyətinin üzvü 

2013-cü ildə Azərbaycan-Belarus əlaqələrinin inkişafındakı xidmətlərinə görə Belarus Respublikası Nazirlər Şurasının Fəxri Fərmanı ilə təltif edilib.

2015-ci ildə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun sərəncamı ilə Belarus və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsində və inkişafında mühüm şəxsi xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

2018-ci ildə MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası tərəfindən “Birlik” ordeni ilə təltif edilib.

Yuxarı gedin