
Gəncə avtomobil zavodu 100 ədəd kommunal texnikanın yığımına start verdi.
Avqust ayından başlayaraq Gəncə avtomobil zavodu İB-də Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyiyi ilə bağlanan sifariş müqaviləsinin şərtlərinə uyğun olaraq MAZ avtomobillərinin bazasında 20 kubametr tutumlu kommunal maşınların yığımına start verib. Bu ilin iyun ayında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 100 ədəd kommunal avtomobil üçün sifariş müqaviləsi ilə müraciət edib.
Hazırda bu müqavilənin şərtlərinə uyğun olaraq kommunal maşınların yığımı üçün hazırlıq prosesinə start verilib. Zavodda kommunal texnikaların konteynerlərinin yığımı 100 faiz yerli istehsal olaraq reallaşdırılır. Sifarişə uyğun olaraq istənilən avtomobilin bazasında müəssisədə istəkdən asılı olaraq istənilən kubametr tutumlu kommunal maşınların yığımı həyata keçirilir. Avtomobillərin konteynerləri baza hissəsindən rənglənməyə qədər müəssisədə yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Bunun üçün müəssisədə ən son texnologiyalardan olan plazma və kəsmə avadanlıqları, əymə və müxtılif dəzgahlar, müasir qaynaq və digər lazımi avadanlıqlar quraşdırılıb.