
Gəncə avtomobil zavodunda yığılan kommunal texnikaların təhvil verilməsinə başlanıldı.
Sentyabr 17-dən başlayaraq Gəncə avtomobil zavodu İB-də Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyiyi ilə bağlanan sifariş müqaviləsinin şərtlərinə uyğun olaraq MAZ avtomobillərinin bazasında yığılan 50 ədəd 20 kubametr tutumlu kommunal maşınların təhvil verilməsinə başlanılıb.
Təhvil verilmə prosesində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və aidiyyatı qurumların əməkdaşları iştirak edir.
Gəncə avtomobil zavodunun mütəxxəssisləri texnika ilə təhvil alan təşkilatların nümayəndələri üçün məlumatlandırıcı kurslar keçirilir və onlara kommunal texnikadan istifadə qaydaları izah olunur. Sonda müdavimlərə xüsusi sertifikatlar təqdim edilir.
Bu ilin iyun ayında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 100 ədəd kommunal avtomobil üçün sifariş müqaviləsi ilə müraciət edib.