Preloader Close
Istehsal

Məhsullarımiz

Şirkətimiz yüksək keyfiyyətli traktorlar, yük maşınları və xüsusi texnika istehsal edir. Məhsullar müasir texnologiyalar əsasında hazırlanaraq maksimum etibarlılığı və davamlılığı təmin edir. Hər bir modelimiz geniş funksionallıq və iş şəraitinə uyğunlaşma qabiliyyəti ilə seçilir. Bizim texnika, təsərrüfatdan tikinti sahəsinə qədər müxtəlif sahələrdə yüksək məhsuldarlıq təmin edir
Yük maşınları

Kamaz

Kamaz
Yük maşınları

Ural

Ural
Yük maşınları

MAZ

MAZ
Traktorlar

MTZ

MTZ
Traktorlar

SDF

SDF
Xüsusi Təyinatli Texnika

Pozhsnab

Pozhsnab
Xidmətlərimiz

Xüsusi texnika

Müəssisəmiz xüsusi avtomobil texnikasının istehsalı üzrə ixtisaslaşmışdır. Şirkətimiz yükdaşıma, tikinti, kənd təsərrüfatı və digər sahələr üçün geniş çeşidli xüsusi texnika təklif edir. Hər bir model iş proseslərinin səmərəliliyini artırmaq və müştərilərin ehtiyaclarını tam təmin etmək üçün dizayn edilmişdir
Etibarlı xidmət və texniki dəstək

Servis

Müəssisəmiz yük avtomobilləri və traktorlar üçün yüksək səviyyəli zəmanət və təmir xidmətləri təqdim edir. Təcrübəli mütəxəssislərdən ibarət komandamız texnikanın operativ stasionar və mobil diaqnostikası və keyfiyyətli təmirini təmin edir. Zəmanət çərçivəsində görülən işlər müasir avadanlıqlar vasitəsilə dəqiq və etibarlı şəkildə həyata keçirilir. Müştərilərimizə texniki dəstək və orijinal ehtiyat hissələri ilə təminat təklif edirik. Məqsədimiz texnikanızın uzunmüddətli işləkliyini qorumaq və fasiləsiz iş prosesinizi təmin etməkdir.

  • Etibarlı texniki dəstək
  • Peşəkar təmir xidmətləri
  • Orijinal ehtiyat hissələri
  • Keyfiyyəti zəmanət xidməti
  • Operativ və dəqiq diaqnostika
  • Mobil texniki xidmət
Bizim tərəfdaşlarımız

“Azmaş Lizinq” MMC 20.05.2019-cu il tarixində təsis olunmuşdur.  “Azmaş Lizinq” MMC kənd təsərrüfatı təyinatlı texnikaların və avadanlıqların lizinq yolu ilə satışını təşkil edir həmçinin qısa bir müddət ərzində texnikaların lizinq yolu ilə satışında ölkə bazarında böyük bir payın sahibidir. Kənd təsərrüfatı ilə məşğul olan bütün vətəndaşlarımızın dövlətin ayırdığı 40% (faiz) subsidiyadan faydalanması üçün şirkətimiz gərəkli bütün prosedurların həyata keçirilməsində köməklik göstərir. Məqsədimiz, kənd təsərrüfatının inkişafına dəstək olmaq və bu sahədə fəaliyyət göstərən şəxslərə maksimum keyfiyyətli xidmət göstərməkdir.

Ünvan: Bakı ş., Salyan şossesi ev 2, 3-cü mərtəbə

Email: [email protected]

Telefon: (+994 50) 273 77 12 

(+994 50) 273 77 22 

(+994 50) 273 77 03 (Müvəkkil kredit təşkilatı üzrə əlaqə) 

https://azmashlizinq.az/

Şirkətimiz "AVTO LİZİNQ AZƏRBAYCAN" MMC "Gəncə Avtomobil Zavodu" İB ilə birgə işləyir. "Gəncə Avtomobil Zavodu" İB "KAMAZ" İSC-nın  ölkəmizdəki yeganə rəsmi distribyutoru və Azərbaycanda yük avtomobilləri bazarında liderdir. “AVTO LİZİNQ AZƏRBAYCAN” MMC şirkəti yeganə şirkətdir ki, birbaşa istehsalçıdan istehlakçıya ən sərfəli şərtlərlə çalışır. “AVTO LİZİNQ AZƏRBAYCAN” MMC  KAMAZ avtomobillərinin pərakəndə satışı və lizinq xidmətləri, KAMAZ şassiləri üçün xüsusi texnika, yük avtomobilləri üçün qoşqu və yarımqoşquların satışını təklif edir.

Ünvan: Bakı ş., Salyan şossesi 2, 1-ci mərtəbə

Email: [email protected]  

Telefon: (+994 55) 204 90 84

https://avtoleasing.az/

Yuxarı gedin