
Gəncədən Türkiyəyə texnikalar ixrac edilə bilər - Azərbaycan Televiziyası
Gəncə avtomobil zavodu İstehsalat Birliyi uzun illərdir ki, istehsal etdiyi texnikaların 3-cü ölkələrə ixracı ilə bağlı işlər aparılır. Müəssisənin serviz və marketinq şöbəsi mütəmadi olaraq xarici bazarları araşdırır. Ən çox maraq göstərdiyimiz bazar qardaş Türkiyə bazarıdır. Birliyin mətbuat katibi Məqsəd Rəhimovun Azərbaycan Televiziyasına verdiyi məlumata görə mayın 5-də Nazirlər Kabinetində Azərbaycan və Belarusun Baş nazirləri Əli Əsədov və Aleksandr Turçin arasında keçirilmiş geniştərkibli görüş çərçivəsində traktor texnikasının tədarükü üzrə əməkdaşlığın inkişafına dair imzalanan memarandum Türkiyə və digər bazarlara çıxışı əhatə edir”.
Memorandumu Gəncə avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının Sədri Xanlar Fətiyev və Minsk Traktor Zavodunun baş direktoru Sergey Avramenko imzalayıblar. Bununla yanaşı, iki müəssisə arasında kommunal maşınların komplektlərinin tədarükünə dair Müqavilə imzalanıb. Sənədi X.Fətiyev və Minsk Avtomobil Zavodunun baş direktoru Valeri İvankoviç imzalayıblar.
Azərbaycanla Belarus arasındakı 2006-cı ildə Prezident İlham Əliyevin bu ölkəyə səfərindən sonra əsası qoyulmuş sənaye əməkdaşlığı uğurla davam etdirilir. Gəncə avtomobil zavodu Belarus şirkətləri və zavodları ilə əməkdaşlığa 2007-ci ildən başlayıb. Minsk Traktor Zavodu və Minsk Avtomobil Zavodu ilə əməkdaşlıq bu gün də davam edir. Bu gün artıq 18 ildir ki, müəssisə təkcə həmin zavodlarla yox, digər Belarus müəssisələri ilə də əməkdaşlıq edir.
Birlik Belarus traktorlarının istehsalı sahəsində əməkdaşlığı davam etdirir. Mayın 5-də bağlanan ikitərəfli əməkdaşlıq müqaviləsi işlərin davamlı olmasına zəmin yaradır. Hazırda ildə təxminən 700-800 traktor istehsal olunur. Zavodda kommunal texnikanın istehsalı da uzun müddətdir ki, həyata keçirilir. Almaniyanın "Haller" şirkəti, Minsk Avtomobil Zavodu və Gəncə Avtomobil Zavodu arasında üçtərəfli müqavilə əsasında tullantı maşınlarının istehsalı davam etdirilir və sifarişlərə uyğun olaraq bu texnikaların yığımı həyata keçirilir.
Daha ətrafli Azərbaycan Televiziyasının hazırladığı video materialda