
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “İnterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.
Sərgi çərçivəsində açıq sahədə kənd təsərrüfatında istifadə olunan texnikalar nümayiş olunur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərtexnika” MMC, “Agritex” MMC, “Agromotors” şirkətlərinin və Gəncə avtomobil zavodunun texnikaları ilə tanış oldular.