
Gəncə avtomobil zavodu İB-i Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisində iştirak edir
Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış olub.
Azərbaycanı təmsil edən şirkətlər arasında Gəncə avtomobil zavodu İstehsalat Birliyi də var. Müəssisə özünün istehsal etdiyi kənd təsəsrrüfatı texnikalarını nümayiş etdirir.
Cənab Prezident sərgiyə baxış zamanı Gəncə avtomobil zavodi İB-nın təqdim etdiyi texnikalarla tanış olub, öz tövsiyyə və tapşırıqlarını verib.
Artıq milli brendə çevrilmiş “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri kənd təsərrüfatı və qida sənayesi sahələrində Xəzər regionunun ən böyük sərgiləridir. Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, həmçinin açıq sahəsini əhatə edən və mayın 16-da başa çatacaq “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir.