Xanlar Fətiyev 1972-ci il yanvarın 15-də Bakı şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sənaye və İnşaat Mühəndisliyi fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1988-ci ildə başlayıb.
Yeni Azərbaycan Partiyasının üzvü olaraq Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VII çağırış deputatı
Üzv olduğu komitə və komissiyalar:
Üzv olduğu Parlamentlərarası əlaqələr üzrə işçi qruplar:
2013-cü ildə Azərbaycan-Belarus əlaqələrinin inkişafındakı xidmətlərinə görə Belarus Respublikası Nazirlər Şurasının Fəxri Fərmanı ilə təltif edilib.
2015-ci ildə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun sərəncamı ilə Belarus və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsində və inkişafında mühüm şəxsi xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
2018-ci ildə MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası tərəfindən “Birlik” ordeni ilə təltif edilib.