» » Harvard Universitetinin nümayəndə heyəti Gəncə avtomobil zavodu İstehsalat Birliyində olub.
Harvard Universitetinin nümayəndə heyəti Gəncə avtomobil zavodu İstehsalat Birliyində olub.

Harvard Universitetinin nümayəndə heyəti Gəncə avtomobil zavodu İstehsalat Birliyində olub.
Ötən həftə Harvard Universitetinin nümayəndə heyəti Gəncə avtomobil zavodu İstehsalat Birliyini ziyarət edib. Dünyanın məşhur universitetlərindən birinin bir qrup əməkdaşı İqtisadiyyat nazirliyinin təşəbbüsü ilə ölkəmizə səfərləri çərçivəsində zavodda olub, müəssisənin fəaliyyəti ilə yaxından maraqlanıblar. Zavodun mətbuat xidmətindən verilən məlumata görə səfər zamanı müəssisənin direktorunun 1-ci müavini Bağban Nəbiyev Harvard Universitetinin Kennedi məktəbinin əməkdaşlarına – baş tədqiqat meneceri Tim Çeston, tədqiqatçılar Xorxe Tapia, Felisiya Belosteçiniç, Aleksandro Rueda Sanaya zavodun yenidən fəaliyyətə başladığı 2004-cü ildən bu günədək inkişaf tarixinə nəzər salaraq hazırda xətllər üzrə yığılan texnikalardan, bağlanmış müqavilələrdən danışıb. Sonra qonaqlar yığım xəttləri ilə tanış olduqdan sonra zavod rəhbərliyi ilə gələcək planlardan danışıb, görüləcək işlər barədə onları maraqlandıran sualları veriblər.
Görüşdən sonra Harvard Universitetinin Kennedi məktəbinin əməkdaşı – baş tədqiqat meneceri Tim Çeston kənd təsərrüfatı üzrə ölkədə yeganə istehsal müəssisəsində olduqlarından, kiçik texnikalardan bu gün böyük miqyaslı ağır texnikaların istehsalına nail olan bir zavodu gördüklərindən məmnunluğunu bildirdi.