Gəncə avtomobil zavodu IB-də 1 Mart Mülki Müdafiə günü qeyd olundu.

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə Gəncə avtomobil zavodu İB-də Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda keçirilən konfransda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Rauf Hacıyev, qurumun əməkdaşı mayor Badayı Nəsirov, Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadıgar Bədəlov, zavodun əməkdaşları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan birliyin mətbuat katibi Məqsəd Rəhimov 1 Mart Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə bu sahədə çalışan bütün əməkdaşları bayram münasibəti ilə təbrik etdi. O vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ərəfəsində dahi şəxsiyyətin təməlini qoyduğu bir müəssisədə keçirilən bu tədbirdə onun Azərbaycanda Mülki Müdafiənin səmərəli təşkilində böyük rolunu qeyd etmək vacibdir:
“Azərbaycan Mülki Müdafiə sahəsində ilk vacib addımı məhz ümumilliliderin rəhbərliyi dövründə atıb. Ölkəmiz 1993-cü Beynəlxalq Mülki Müdafiə Təşkilatınına üzv olub. Təsadüfi deyil ki, Heydər Əliyev ölkəmizdə mülki müdafiənin təşkilini çox önəmli sayırdı. Dahi şəxsiyyətin sözləri ilə desək - “Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır”deyə M.Rəhimov əlavə edib.
Natıq Azərbaycanda Mülki Müdafiənin təşkilində ölkə başçısı İlham Əliyevin diqqət və qayğısını vurğulayaraq əlavə edib ki, hazırda ölkəmizdə bu sahədə müasir texnologiyaların tətbiqi sahəsində böyük addımlar atılıb. Bu gün müəssisələrdə mülki müdafiə manqaları fəaliyyət göstərir və onlar beynəlxalq səviyyədə istifadə olunan müasir texnologilar və onların tətbiqi ilə bağlı mütəmadi məlumatladırılırlar:
“Müəssisə rəhbərliyinin əmrinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanına müvafiq olaraq, Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il 193 saylı qərarını əsas tutaraq 2008-ci ilin ilk aylarından zavodumuzda Mülki Müdafiə qərargahı yaradıldı. Bundan sonra zavodumuzda 8 manqadan ibarət qərargah müliki müdafiə qüvvələri təşkil olundu. Hazırda hər manqada hazırda 1-i komandir olmaqla 5 manqa üzvü var. Onların bilik və bacarığını artıqmaq məqsədilə hər il təqvim planına uyğun olaraq cədvəl üzrə müxtəlif yenilikləri və müasir texnologiyaların tətbiqini özündə əks etdirən dərslər keçirilir”deyə Rəhimov əlavə edib.
Zavod rəsmisi vurğulayıb ki, hazırda dünyada bütün sahələrdə informasiya texnologiyalarının tətbiqi vüsət aldığı bir dövrdə mülki müdafiə sistemində də İT-nin tətbiq edilməsi geniş vüsət alıb. Bu gün bütün növ smartfonlar üçün ən müasir proqram təminatları var ki, bunların köməkliyi ilə baş verə biləcək bəzi təhlükələrin öncədən planlaşdırılması və qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi mümkündür:
“Bu gün müxtəlif proqram tətbiqlərinin köməkliyi ilə rəqəmsal transformasiya vasitəsilə dövlət idarəetmə mexanizmlərini təkmilləşdirmək, bununla da yanğın təhlükəsizliyi və obyektlərdə, istehsal sahələrində insanların təhlükəsizliyini təmin etnək mümkündür. Belə texnologiyalardan biri də müəssisələrdə quraşdırılan və yüksək informasiya keçiriciliyi olan mərkəzləşdirilmiş sistemlə təminat proqramıdır ki, bu sistem artıq zavodumuzda var. Müəssisəmizin butun perimetrləri üzrə yüksək keçiriciliyi və dəqiqliyi olan müasir kameralarla təchiz olunub. Bu sistemin köməkliyi ilə zavodumuzda baş verə biləcək istənilən bədbəxt hadisənin zamanında təyin olunması və mülki müdafiə qərargahının manqa üzvləri tərəfindən vaxtında qarşısının alınmasını, aidiyyatı üzrə Fövqəladə Hallar Nazirliyinin müvafiq qururmlarını xəbərdar etməyə imkan verir. Bu kameralarla mərkəzləşdirilmiş şəkildə növbəli qaydada bütün sutka ərzində nəzarət aparılır. Bundan başqa zavodun ərazisində təhlükə xəbərdarlığı edən səsgücləndircilər quraşdırılıb ki, bunun vasitəsilə müəssiənin əməkdaşları məlumatlandırılır” deyə M. Rəhimov bildirib.
Çıxış edən Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Rauf Hacıyev əməkdaşları bayram münasibətilə təbrik edərək bidirdi ki, mülki müdafiə sahəsində çalışan insanlar ən vacib bir missiyanı yerinə yetirirlər. Qardaş Türkiyə baş verən dəhşətli zəlzələri diqqətə çatdıran Hacıyev bu kimi fəlakətlərdən heç kəsin sığortalanmadığını, fövqəladə hallar baş verən zaman müəssisədə, yaşayış yerlərində, hər sahədə çalışan mülki müdafiəni bilən insanlar vaxtında gördükləri tədbirlələ çoxsaylı insan tələfatının qarşısını ala, riskləri münimuma endirə bilərlər.
Sonra Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Mülki Müdafiə şöbəsinin əmədaşı – mayor Bahayı Nəsirov çıxış edətək bu günün tarixcəsinə nəzər saldı. O qeyd etdi ki, bu gün bütün dünya ən prioritet sahələrdən olan mülki müdafiənin təşkilində müasir texnologiyaların tətbiqi risklərin azaldılmasında, baş verə biləcək bədbəxt hadisələr zamanı risklərin münimuma endirilməsində böyük rol oynayır.
Çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadıgar Bədəlov tədbir iştirakçılarını şəhər rəhbəri Niyazi Bayramovun adından salamlayaraq bütün mülki müdafiə sahəsində çalışanları bayram münasibəti ilə təbdik etdi. O vurğuladı ki, bu gün dünyada baş verən kataklizmlər, bədbəxt hadisələr onu deməyə əsas verir ki, hər bir vətəndaş öz növbəsində mülki müdafiəyəyə hazır olmalı, hamı bu sahədə biliklərini artırmalı, müasir texnologiyaldan istifadə etməklə özlərini və ətrafdakı insanları qorumaq üçün çalışmalıdırlar.
Tədbirdən sonra zavodun həyətində müəsisənin mülki müdafiə manqalarının sıra düzülüşünə baxış keçirildi.










