» » Ötən il "Gəncə avtomobil zavodu" İstehsalat Birliyində əmtəəlik məhsul istehsalı artıb.
Ötən il "Gəncə avtomobil zavodu" İstehsalat Birliyində əmtəəlik məhsul istehsalı artıb.

Ötən il "Gəncə avtomobil zavodu" İstehsalat Birliyində əmtəəlik məhsul istehsalı artıb.
"Gəncə avtomobil zavodu" İstehsalat Birliyində 2022-ci ildə əmtəəlik məhsul istehsalı 78 milyon manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 1,8 dəfə çoxdur. Müəssisənin mətbuat xidmətindən verilən məlumata görə, ötən il 588 ədəd müxtəlif modeldə traktorlar, 140 URAL markalı, 255 ədəd KAMAZ markalı yük avtomobilləri istehsal edilib. Hesabat dövründə zavodda 226 ədəd xüsusi təyinatlı qoşqu, 5 ədəd yarımqoşqu, 1 ədəd traktor qoşqusu yığılaraq təhvil verilib. Hazırda müəssisədə yığım xəttlərində işlər davam etdirilir.
2022-ci ildə "Gəncə avtomobil zavodu" İstehsalat Birliyində orta aylıq əmək haqqı 144.8 manat artaraq 737 manat, işçilərin sayı isə 12 nəfər artaraq 507 nəfər təşkil etmişdir.