» » Gəncə avtomobil zavodu İB-i keyfiyyət siyasətini təkminləşdirir.
Gəncə avtomobil zavodu İB-i keyfiyyət siyasətini təkminləşdirir.

Gəncə avtomobil zavodu İB-i keyfiyyət siyasətini təkminləşdirir.
Gəncə avtomobil zavodu İstehsalat Birliyi keyfiyyət sahəsində öz işini beynəlxalq standartlara uyğun qurur. Belə ki, müəssisə tərəfindən istehsal olunan bütün məhsullar və həyata keçirilən xidmətlər müştəri istəklərini nəzərə almaqla təyin olunan şərtlərə uyğun şəkildə yığılır, xidmət göstərilir. Zavodda hər bir işləyən, tədarük olunan mallar və materiallar, istehsal prosesi, çatdırılma, serviz xidməti idarəetmə qeydlərində nəzərə alınır və daim nəzarət altındadır. Müəssisə hər bir məhsul və xidmətlərin bütün sahələrində davamlı şəkildə keyfiyyət üzrə lider olmaq məqsədilə daim yaxşılaşdırmaya doğru addımlar atmaqda qərarlıdır. Birlik daima yaxşılaşdırma hədəflərini aşağıdakı vasitələrlə həyata keçirəcəyini bəyan edir:
Müştəri məmnuniyyəti
Liderlik
İşçi heyətin cəlb olunması
Proses yanaşma
İdarəetmədə sistem yanaşma
Davamlı inkişaf
Dəlillər əsasında qərarlar qəbul etmə
Əlaqələr
Müəssisənin keyfiyyət sahəsində qəbul etdiyi bu siyasət İSO 9001:2015 standartlarının tələblərini yerinə yetirmək üçün layihələndirilib və istehsala xas olan xüsusiyyətlərə malikdir.
Gəncə avtomobil zavodu İstehsalat Birliyinin rəhbərliyi göstərilən keyfiyyət sahəsində siyasətdə bəyan edilən müddəaların yerinə yetirilməsi üçün zəruri çəraitin yaradılmasını, həmçinin bu işdə bütün heyətin iştirakının təmin olunmasını öz üzərinə götürüb.