» » Gəncə avtomobil zavodu İB-də COVID-19 əleyhinə 3-cü doza vaksinlərin vurulmasına başlanılıb
Gəncə avtomobil zavodu İB-də COVID-19 əleyhinə 3-cü doza vaksinlərin vurulmasına başlanılıb

Gəncə avtomobil zavodu İB-də COVID-19 əleyhinə 3-cü doza vaksinlərin vurulmasına başlanılıbGəncə avtomobil zavodu İB-də COVID-19 əleyhinə 3 doza vaksinlərin vurulmasına başlanılıb və müəssisədə mübarizə tədbirləri daha da gücləndirilib. Bu barədə məlumatı Birliyin mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib. Onun sözlərinə görə 4 gün ərzində 1 və 2-ci doza vaksinləri vurdurduqları gündən 6 ay ötən 135 əməkdaşa artıq 3-cü doza vaksinlərin vurulması başa çatdırılıb.
“6 ay müddətdə 2 doza vaksin vurulan 149 əməkdaşımızdan 135-i artıq 3-cü dozanı vurdurub. Müəssisəmizdə COVİD-19 əlehinə qabaqlayıcı tədbirlər bundan sonra da davam etdiriləcək” deyə M.Rəhimov əlavə edib.
Birliyin mətbuat katibi onu da əlavə edib ki, müəsisisədə hər gün işçilərin hərarətləri xüsusi cihaz vasitəsilə yoxlanılır. Bu günədək müəssisənin 489 əməkdaşından 480-i birinci və ikinci doza vaksinləri vurdurub.