» » X.Fətiyev: “İnşallah Gəncə avtomobil zavodu Xankəndində öz filialını tikəcək”
X.Fətiyev: “İnşallah Gəncə avtomobil zavodu Xankəndində öz filialını tikəcək”

X.Fətiyev: “İnşallah Gəncə avtomobil zavodu  Xankəndində öz filialını tikəcək”X.Fətiyev: “İnşallah Gəncə avtomobil zavodu Xankəndində öz filialını tikəcək”
“Gəncəni və gəncəliləri topla, raketlə qorxutmaq olmaz. Bura qədim tarixə malik, mübariz bir şəhərdir. Gəncəlilər hələ Cavad xanın dövründən həmişə işğalçılarla üz üzə döyüşüblər. Ermənilərin gəncəliləri qorxutmaq, raket zərbələri ilə müqavimətlərini qırmaq istəkləri heçə bərabərdir. Gəncə terroristlərin bu vandalizminə qəhrəmancasına dözüm gətirərək Ali Baş Komandanın ətrafında birləşəcək, rəşadətli Azərbaycan ordusuna inanaraq öz həyatlarına davam edəcəklər”.
Bu açıqlamanı Gəncə avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev verib. Onun sözlərinə görə ermənilər həmişəki kimi öz vandal aktlarını davam etdirirlər. Beynəlxalq təşkilatların vasitəçiliyi üçün az qala diz çöküb döyüşlərin dayandırılmasına yalvaran Paşinyan və ermənilər atəşkəs elan edilən gün Azərbaycanın müxtəlif şəhər və rayonlarını raketlərdən atəşə tutdular:
“Gəncə döyüş bölgəsi deyil. Burada yaşayan insanlar dinc əhalidir. Onlara raket zərbələri endirmək beynəlxalq hüquq prizmasından hərbi cinayətdir. Onlar tökülən hər bir azərbaycanlının qanı üçün cavab verəcəklər. Döyüş meydanında qəhrəman Azərbaycan ordusuna məğlub olan, torpaqlarımızdan qovulan ermənilərin gücü ancaq qorxaqcasına uzaqdan dinc, silahsız əhaliyə raket zərbələri ilə terror aktı törətməyə çatır” deyə X. Fətiyev əlavə edib.
Müşahidə Şurasının sədri bildirib ki, Azərbaycan xalqının qələbə əzmini heç nə ilə qırmaq olmaz. Hamı öz Ali baş komandanına, ordusuna, hərbiçilərinə inanır:
“Prezident İlham Əliyev son cixişinda da qeyd etdiyi kimi heç kim bizi geri çəkilməyə məcbur edə bilməz, xalqın mətinlik, qətiyyət, mübarizlik hissini məhv edə bilməz. Biz birlikdə güclüyük. İnşallah Ali Baş Komandanın rəhbərliyi altına yaxın vaxtlarda rəşadətli ordumuz tarixi Azərbaycan torpaqlarını erməni faşistlərindən azad edəcək və Gəncə avtomobil zavodu Xankəndində öz filialını tikəcək”