» » X.Fətiyev: “ Azərbaycan ali baş komandanın rəhbərliyi altında erməni daşnaklarının istənilən həmləsinə, istənilən təxribatına layiqincə cavab verməyə qadirdir”.
X.Fətiyev: “ Azərbaycan ali baş komandanın rəhbərliyi altında erməni daşnaklarının istənilən həmləsinə, istənilən təxribatına layiqincə cavab verməyə qadirdir”.

X.Fətiyev: “ Azərbaycan ali baş komandanın rəhbərliyi altında erməni daşnaklarının istənilən həmləsinə, istənilən təxribatına layiqincə cavab verməyə qadirdir”. “Iyulun 18-də ölkəmizin Avstraliyadakı səfirliyinə qarşı törədilən vandalizm aktı onun göstəricisidir ki, ermənilər həm cəbhədə, həm də informasiya savaşında Azərbaycana məğlub olduqlarından həmişə olduğu kimi öz çirkin əməllərini gizlincə, əl altından həyata keçirməyə çalışırlar. Azərbaycanın xaricdəki diplomatik missiyalarına qarşı son zamanlar ermənilərin hazırladığı iyrənc təxribatlar bunu söyləmə tam əsas verir”. Bu açıqlamanı Gəncə avtomobil zavodu İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev verib. Onun sözlərinə görə Amerika Birləşmiş Ştatları Konqresinin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan 296 saylı düzəlişin qəbul edilməsi, Ermənistana vurulan güclü zərbələrdən sonra üzvü olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən lazımi dəstək ala bilməmələri və Avropa Biliyinə üzv olan ölkələr tərəfindən Azərbaycan torpaqlarında erməni vəhşiliklərinin rəsmi tanınmasından sonra qorxaq ermənilər tarix boyu etdikləri insanlığa sığmayan əməllərini həyata keçirməyə başlayıblar.
“Səfirlikdə yaşayan insanların yatmasından istifadə edən ermənilərin sübh vaxtlarında səfirliyin inzibati ərazisinə daxil olaraq, böhtan və yalan xarakterli bannerlərini yerləşdirməsi, təxribatçı əməllərə yol verərək öz həmmillətlərini Azərbaycan səfirliyinə qarşı təxribatçı əməllərə təşviq etməsi, hətta bəzilərinin səfirliyin binasını yandırmağa belə çağırmaqdan çəkinməməsi ermənilərin qorxaq və xain olduqlarını bir daha sübut edir. Onlar dövlət başçımız, Ali baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində dünya dövlətləri tərəfindən dəstəklərini itirdiklərini gördüklərindən cılız vandal aktlar törətməklə nəyəsə nail olmağa çalışırlar” deyə Xanlar Fətiyev əlavə edib.
X. Fətiyev bildirib ki, Azərbaycanın xaricdəki diplomatik missiyalarına qarşı son zamanlar ermənilərin hazırladığı təxribatların qarşısı Azərbaycan diasporu tərəfindən qətiyyətlə alınır. Avstraliyada bu çirkin əməllərin “Erməni Gənclər Federasiyası”nın üzvləri tərəfindən törədildiyi məlum olub:
“Avstraliya Federal Polisi tərəfindən araşdırmalara artıq başlanılıb. Azərbaycan hökuməti bütün imkanlardan istifadə edərək ali baş komandanın göstərişləri ilə həm cəbhədə, həm də informasiya savaşında ermənilər üzərində qələbə çalacaq” deyə Xanlar Fətiyev qeyd edib.
Ermənilərin bu günlərdə müxtəlif ölkələrdə aktiv, açıq aşkar azərbaycanlılara qarşı vəhşiliklər, fiziki təyziqlər göstərdiyini vurğulayan X.Fətiyev demokratiyanın beşiyi sayılan ABŞ-ın Los Anceles şəhərində, eləcə də Avropa ölkələrində, o cümlədən bu ilin 22 iyul tarixində Brüssel şəhərində azərbaycanlı dinc nümayişçilərə qarşı erməni radikal ünsürləri tərəfindən fiziki zorakılıq və vəhşiliyin nümayiş etdirilməsini bütün demokratik prinsiplərə zidd olduğunu bildirib:
“Los Ancelesdə radikal erməni daşnakları dinc azərbaycanlı nümayişçilərə qarşı güc tətbiq edərək, zorakılıq və aqressiya nümayiş etdirib, biri qadın olmaqla 7 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Hətta təhlükəsizliyi təmin etməyə cavabdeh olan Los Anceles polisi belə onların bu vəhşiliyinin qarşısını almağa müvəffəq olmayıb. Bu bütün demokratik prinsiplərə ziddir və təbii ki, dünya dövlətləri onların bu aqresiyasına qarşı öz fikirlərini bildirməlidirlər” deyə X. Fətiyev əlavə edib.
Müşahidə Şurasının Sədrinin sözlərinə görə ermənilər humanistlik, xeyirxahlıq, böyüyə hörmət, kiçiyə rəğbət ruhunda tərbiyə almış Azərbaycan xalqından fərqli olaraq ermənilər tarix boyu yalnız terrorlarlar törətməklə, qətillər, gizli partlayışlar və sui-qəsdlər törətməklə öz çırkin niyyətlərinə çatmağa çalışıblar.
“İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri havadarlarının köməkliyi ilə Azərbaycan türklərinə qarşı müxtəlif vaxtlarda qətliamlar həyata keçirib, dəhşətli fəlakətlər törədərək qanlar töküblər. 1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953 və 1988-ci ildən bəri baş verən hadisələr erməni faşizminin, vəhşiliyinin bariz nümunəsidir. 1992-ci il fevral ayının 26-na keçən gecə Xocalı şəhəri erməni silahlıları tərəfindən yerlə-yeksan edildi, böyük sayda uşaq, qadın, qoca, dinc əhali məhv edildi. Xocalıda törədilən soyqırımı bizim üçün ilk olay deyildi. Hələ sovetlər birliyi dövründə Bakı metrosunda, Gəncədə, Sumqayıtda dəfələrlə azərbaycanlılara qarşı terrorlar törədiblər ki, bu da onların xəstə xislətinin göstəricisidir. Tarix boyu ermənilər Azəri türklərini özlərinin düşmənləri kimi görərək uşaqlarına körpəlikdən imkan düşdükcə azərbaycanlılara zərbə vurmağı, şərait yaranan kimi azərbaycanlıların qanını tökməyi öyrədiblər. Təsadüfi deyil ki, onların terror təşkilatları olan ASALA nəinki keçmiş sovetlər birliyində, eləcə də bütün dünyada dinc əhaliyə qarşı həmişə qanlı aksiyalar həyata keçiriblər. Hələ o dövrlərdə gizli şəkildə öyrədilmiş ermənilər Azərbaycanda qanli hadisələr törətməklə xalqımıza qarşı nifrətlərini gizlətməyiblər. Bu gün bütün dünyaya səpələnən ermənilər hər yerdə Azərbaycanın haqq səsinin boğmaq, əsl həqiqətləri gizlətmək, törətdikləri vəhşilikləri, terrorları ört basdır etmək üçün vandal aktlar törədirlər. Torpaqlarımızı zəbt etməklə yanaşı durmadan həyasızcasına hazırda Azərbaycan ərazilərini müxtəlif silahlardan atəşə tutmaqla dinc əhaliyə dəhşətli anlar yaşatmağa çalışırlar. Onların bu vəhşiliklərinə Azərbaycan ordusu cəbhədə, Prezident İlham Əliyevin dünya Azərbaycanlılarına çağırışına böyük coşqu və həvəslə cavab verən həmyerlilərimiz isə bütün dünyada ölkəmizin haqq səsini ucaltmağ üçün həmrəylik göstərərək küçələrdə dinc aksiyalarla cavab verirlər. Təbii ki, mərd və qorxmaz azəri oğlan və qızlarının birlik göstərmələri, bütün dünyaya ermənilərin iç üzünü göstərərək real faktları çatdırmaq istəkləri erməniləri qıcıqlandırır, onları vandal aktları törətməyə vadar edir. Bundan başqa cənab Prezidentin rəhbərliyi altında bu gün Zaqafqaziyada həm texniki baxımdan, həm də nizami ordu baxımından ən güclü olan Azərbaycan ordusunun olması erməniləri aciz vəziyyətə salıb və onların gücü yalnız belə vandal aktları törətməyə çatır” deyə Fətiyev əlavə edib.
Xanlar Fətiyev bu gün Azərbaycanda ictimai siyasi vəziyyəti qarışdırmaq istəyən, bununla da ermənilərin dəyirmanına su tökməyə çalışan bir qrup özünü müxalifət adlandıranlara xaricdə yaşayan, birlik nümayiş etdirərək qorxmadan, çəkinmədən küçələrə çıxaraq xalqımızın haqq səsini ucaldan gənclərimizdən, həmyerlilərimizdə nümunə götürmələrini məsləhət gördü:
“Bu gün ölkəmizin düşmən qarşısında olduğunu, birlik nümayiş etdirərək torpaqlarımız uğrunda bir yerdə əl ələ verərək mübarizə aparmalı olmağımızı dərk etməyən radikallar az qala azərilərin xarici ölkələrdə döyülmələrinə, təyziqə məruz qalmalarına sevinirlər. Dünənə kimi Amerikada, Avropa ölkələrində küçələrə çıxaraq Azərbaycan hakimiyyətinə qara yaxmağa çalışan barmaqla sasayılası radikal müxalifət tərəfdarları bu gün küçələrdə ermənilər tərəfindən döyülən, qanları axıdılan azərilərdən utansınlar. Onların küçələrdə Azərbaycanın haqq səsinə dəstək verməmələri onun göstəricisidir bu insanlara ermənilərə qarşı birləşmək yox, hakimiyyəti hansı yolla olur olsun ələ keçirmək xəyallarını ön plana çəkmək vacibdir ” deyə Fətiyev əlavə edib.
Gəncə avtomobil zavodu İB-nin Müşahidə Şurasının sədrinin sözlərinə görə Azərbaycan Ali baş komandanın rəhbərliyi altında erməni daşnaklarının istənilən həmləsinə, istənilən təxribatına layiqincə cavab verməyə qadirdir:
“Bu gün Azərbaycan ordusunda yetərincə müasir silahlar və texnikalar var. Dövlət başçısının diqqət və qayğısı sayəsində Azərbaycan əsgəri səngərlərdə döyüş və qələbə əzmindədir. Ermənilər bu günlərdə törətdikləri cinayətlərin layiqincə cavablarını alıblar və bundan sonra da alacaqlar. Ali baş komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmiz birmənalı şəkildə hücum diplomatiyasını rəhbər tutaraq ermənilərə təkcə döyüş meydanında deyil, eyni zamanda, diplomatik cəbhədə də tutarlı zərbələr endirməyə davam edəcəkdir. ”