» » Prezident İlham Əliyev Gəncəyə rəsmi səfəri zamanı “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yığılmış avtobus və kombayn nümunələri ilə taniş olub.
Prezident İlham Əliyev Gəncəyə rəsmi səfəri zamanı “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yığılmış avtobus və kombayn nümunələri ilə taniş olub.

Prezident İlham Əliyev Gəncəyə rəsmi səfəri zamanı “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yığılmış avtobus və kombayn nümunələri ilə taniş olub.Ölkə başçısına məlumat verildi ki, 2019-cu ildə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Belarusun “Belkommunmaş” ASC arasında bağlanmış ikitərəfli müqavilələr çərçivəsində müəssisədə “E-321” markalı elektrobusun istehsalına başlanılıb və bu günədək 4 elektrobus yığılıb. Bu ictimai nəqliyyat vasitəsi həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. Avtobuslar kondisionerlə, həmçinin məlumat monitoru və videonəzarət sistemi ilə təmin olunub.
Diqqətə çatdırıldı ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yeni müasir kombaynların yığılmasına da başlanılıb. Bu layihənin icrası Finlandiyanın tanınmış “Sampo” firması ilə əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Mütəxəssislərin fikrincə bu texnika Azərbaycan şəraitində özünü kifayət qədər doğrultmaqla fermerlərin marağına səbəb olacaq.


Prezident İlham Əliyev Gəncəyə rəsmi səfəri zamanı “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yığılmış avtobus və kombayn nümunələri ilə taniş olub. Prezident İlham Əliyev Gəncəyə rəsmi səfəri zamanı “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yığılmış avtobus və kombayn nümunələri ilə taniş olub.