» » Gəncə avtomobil zavodu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə ayırdı.
Gəncə avtomobil zavodu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə ayırdı.

Gəncə avtomobil zavodu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə ayırdı.Gəncə avtomobil zavodu İstehsalat Birliyi Azərbaycan Respublikasi Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat ianə edib. Bu barədə məlumatı müəssisənin mətbuat xidməti yayıb. Bildirildiyinə görə müəssisə koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə köməklik məqsədilə dəstək göstərir. Gəncə avtomobil zavodu İB-i Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən koronovirusa qarşı mübarizədə ümummilli maraqları əsas tutaraq dövlətimizə dəstək göstərməklə birlik nümayiş etdirir.