» » Millət vəkili : “Prezident İlham Əliyevin Dağlıq Qarabağla bağlı qəti mövqeyi həm Ermənistanın baş nazirinə, həm də daxildə ermənipərəst çixişlarla gündəmə gəlmək istəyən bəzi müxalifət üzvlərinə layiqli cavab idi”
Millət vəkili : “Prezident İlham Əliyevin Dağlıq Qarabağla bağlı qəti mövqeyi həm Ermənistanın baş nazirinə, həm də daxildə ermənipərəst çixişlarla gündəmə gəlmək istəyən bəzi müxalifət üzvlərinə layiqli cavab idi”

Millət vəkili : “Prezident İlham Əliyevin Dağlıq Qarabağla bağlı qəti mövqeyi həm Ermənistanın baş nazirinə, həm də daxildə ermənipərəst çixişlarla gündəmə gəlmək istəyən bəzi müxalifət üzvlərinə layiqli cavab idi”“Cənab Prezident İlham Əliyevin böyük tribunadan “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” söyləməsi bir daha dövlətimizin sərt mövqeyini ortaya qoydu. 25 ildən artıq müddətdir ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonunun erməni işğalı altında olduğunu vurğulayan ölkə başçısı bir daha bəyan etdi ki, biz sona qədər mübarizə aparacayıq və tarixi torpaqlarımızın bir qarişinin da düşmənlərdə qalması ilə barışmayacıq. Soçidə çıxışında cənab Prezidentin Qarabağla bağlı qəti mövqeyi həm Ermənistanın baş nazirinə, həm də daxildə ermənipərəst çixişlarla gündəmə gəlmək istəyən bəzi müxalifət üzvlərinə layiqli cavab idi”. Bu açıqlamanı Millət vəkili Xanlar Fətiyev söyləyib. Deputat bildirib ki, ölkə başçısının Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında tarixi faktlara söykənən bu çıxışı cox maraqla qarşılanıb.
“Dövlət başçısı bir daha bəyan etdi ki, Ermənistan rəsmilərinin tez tez gündəmə gətirməyə çalişdıqları Dağlıq Qarabağın “xalqı” anlayışı ümumiyyətlə mövcud deyil və bu məsələ Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Cənab Prezident açıq aydın vurğuladı ki, bu münaqişə bütün dünya tərəfindən qəbul edilən Azərbaycanın ərazi bütövlüyünün bərpasından, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından sonra həll oluna bilər. Mən hesab edirəm ki, cənab İlham Əliyevin bu sərt çıxışı ermənistan ictimaiyyətində də birmənalı qarşılanmayacaq və Paşınyana tutarlı cavab olacaq” deyə millət vəkili əlavə edib.