» » Millət vəkili Xanlar Fətiyev: “Hesab edirəm ki, Azərbaycan istənilən böyük və mötəbər yarışlara və tədbirlərə ev sahibliyi etməyə qadirdir”.
Millət vəkili Xanlar Fətiyev: “Hesab edirəm ki, Azərbaycan istənilən böyük və mötəbər yarışlara və tədbirlərə ev sahibliyi etməyə qadirdir”.

Millət vəkili Xanlar Fətiyev:  “Hesab edirəm ki, Azərbaycan istənilən böyük və mötəbər yarışlara və tədbirlərə ev sahibliyi etməyə qadirdir”.“Hələ 2003-cü ildə Heydər Əliyev adına İdman-konsert Kompleksində təşkil olunan cüdoçuların Avropa çempionatına qitənin 30 ölkəsindən 300-dək cüdoçu qatılanda heç kim təsəvvür edə bilməzdi ki, Azərbaycan bundan sonra da onlarla dünya səviyyəli beynəlxalq turnirlərə ev sahibliyi edəcək. Bundan sonra 2004-cü ildə bədii gimnastika üzrə dünya kuboku, 2005-ci ildə bədii gimnastika üzrə 27-ci dünya çempionatı, ilk Avropa Oyunları, "Formula 1® Grand-prix" yarışları, çoxmillətli, multi-idman turniri olan İslam Həmrəyliyi Oyunları, UEFA Avropa Liqasının final oyunu, bu gün isə Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə keçirilməsi bir daha onu sübut edir ki, ölkəmiz günü gündən inkişaf edir və istənilən mötəbər yarışları keçirməyə qadırdır”.
Bu açıqlamanı Millət Vəkili, Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti Xanlar Fətiyev verib. Onun sözlərinə görə artıq bütün inkişaf etmiş ölkələr Azərbaycanda yaranmış ictimai, siyasi şəraitə inanır və etibar edir. Millət vəkili dövlət başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulayaraq bunun ölkəmizin imicinə çox müsbət təsir etdiyini qeyd edib:
“Əlbəttə günü-gündən inkişaf edən iqtisadiyyatımız, müasirləşən şəhər və rayonlarımız, yaradılan yeni infrastruktur, yenidən qurulan idman qurğuları və komlekslər beynəlxalq aləmdə Azərbaycanın reytinqinin yüksəlməsinə gətirib çıxarıb. İndi ölkəmiz bir çox inkişaf etmiş ölkələrlə böyük tədbirlərin keçirilməsinə ev sahibliyi etmək üçün bərabər hüquqlu mübarizə aparır və bir çox hallarda qalib gəlir. Bu Azərbaycanın inkişafının göstəricisidir” deyə Xanlar Fətiyev əlavə edib.
Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında keçiriliən Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının təşkilinin də çox yüksək səviyyədə olduğunu bildirən millət vəkili bu turnirə iştirak üçün Azərbaycan paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gəldiyini, festival zamanı 12 idman obyektində təxminən 3500 könüllü fəaliyyət göstərdiyini xüsusi vurğulayıb.
“Bu cür böyük turnirlərin təşkilində ölkəmizin artıq yetərincə təcrübəsi var. Bu sahədə çalışan strukturların əməkdaşları da çox peşəkarlaşıblar. Hesab edirəm ki, Azərbaycan istənilən böyük və mötəbər yarışlara və tədbirlərə ev sahibliyi etməyə qadirdir ” deyə Millət vəkili vurğulayıb.