» » Bu ilin 5 ayı ərzində Gəncə avtomobil zavodu İB-də 653 texnika istehsal olunub.
Bu ilin 5 ayı ərzində Gəncə avtomobil zavodu İB-də 653 texnika istehsal olunub.

Bu ilin 5 ayı ərzində Gəncə avtomobil zavodu İB-də 653 texnika istehsal olunub.Gəncə avtomobil zavodu istehsalat birliyində bu günədək ümumilikdə 10 718 ədəd 11 modeldə traktor, 143 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu barədə məlumatı müəssisənin mətbuat xidməti yayıb. Bildirildiyinə görə bu traktorlardan 100005 -i dövlət sifarişi əsasında "Aqrolizinq" ASC-nə, qalan 713 -ü isə fermerlərə və iş adamlarına satılıb. 2019-cu ilin 5 ayı ərzində Gəncə avtomobil zavodu İB-də ümumilikdə 653 texnika istehsal olunub. Bunlardan 631-ı müxtəlif model traktorlar, 1 MAZ markalı qoşqulu avtomobil, bir ədəd Kamaz markalı avtomobil, 8 kombayn, 4 elektrobus, 2 MAZ markalı avtobus, 5 özüboşaldan traktor qoşqusu yığılib. Mətbuat xidmətinin məlumatına görə 2019-cı ilin may ayının 31-nə qədər Gəncə avtomobil zavodu İstehsalat Birliyində ümumilikdə 8 modeldə, müxtəlif modifikasiyalarda 2864 ədəd MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə təhvil verilib. Bu avtomobillərin yığımının 30-40 % -ni yerli istehsal təşkil edir. May 31-nə qədər müəssisədə 330 MAZ qoşqusu və 3202 asma avadanlıq istehsal edilib. Bu müddətədək Gəncə avtomobil zavodu İB-də ümumilikdə 208 ədəd KAMAZ markalı yük avtomobili və 411 URAL avtomobili istehsal edilib.