» » Gəncə avtomobil zavodu IB kənd təsərrüfatı texnikası yarmarkalarında iştirak edir.
Gəncə avtomobil zavodu IB kənd təsərrüfatı texnikası yarmarkalarında iştirak edir.

Gəncə avtomobil zavodu IB kənd təsərrüfatı texnikası yarmarkalarında iştirak edir.  Gəncə avtomobil zavodu İstehsalat Birliyi Aqrar Kredit və İnkişaf Agentliyinin təşkil etdiyi kənd təsərrüfatı texnikası yarmarkalarında müxtəlif markalı traktorlarla iştirak edir. Bu barədə məlumatı müəssisənin direktoru Kamran Nəzərov verib. Onun sözlərinə görə Şəmkir rayonundan sonra, Bərdədə, Şəki rayonunda fermer və sahibkarlara öz məhsullarını nümayiş etdirən müəssisə hazırda Ucar rayonunda yarmarkaya hazırlaşır.
“Gəncə avtomobil zavodu İB Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bu yarmarkalarda müxtəlif modeldə traktorlar və digər kənd təsərrüfatı texnikaları nümayiş etdirir. Fermer və sahibkarlar yığdığımız texnikalarla yaxından maraqlanırlar. Əsas diqqət isə Azərbaycanda bir ilk olan Belarus 3522 markalı traktoradır. Öz texniki göstəriciləri ilə digər traktorlardan fərqlənən bu texnika fermerlər və iş adamları tərəfindən yüksək diqqətlə qarşılanıb. Əməkdaşlarımız geniş çeşiddə olan traktorlar haqqında, onların texniki göstəriciləri barədə sərgi iştirakçılarına məlumatlar verirlər. Ümidvarıq ki, belə sərgilər istehsal etdiyimiz texnikaların yerlərdə fermerlərə tanıtmaqda və onlarla birbaşa ünsiyyətdə olmaqla satışına yardımçı olacaq, bu isə öz növbəsində zavodun istehsal göstəricilərinə müsbət təsir edəcək” deyə Kamran Nəzərov əlavə edib.
Müəssisənin direktoru bildirib ki, mayın 20-dən iyunun 15-dək ölkənin 6 regionunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) keçirilən yarmarkada Gəncə avtomobil zavodu İB-i Belarus 892, Belarus 1221, Belarus 921.3, Belarus 1523, Belarus 2022.3, Belarus 3522, Belarus 622 və Belarus 320 R markalı traktorlarla iştirak edir.