» » Bu ilin 3 ayı ərzində müəssisədə 333 texnika istehsal olunub.
Bu ilin 3 ayı ərzində müəssisədə 333 texnika istehsal olunub.

Bu ilin 3 ayı ərzində müəssisədə 333 texnika istehsal olunub.2019-cu ilin 3 ayı ərzində Gəncə avtomobil zavodu İB-də ümumilikdə 333 texnika istehsal olunub. Bunlardan 331-i müxtəlif model traktorlar, 1 MAZ markalı qoşqulu avtomobil, bir ədəd Kamaz markalı avtomobil yığılaraq təhvil verilib. Bu barədə məlumatı müəssisənin mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib. Onun sözlərinə görə bu günədək ümumilikdə 10 411 ədəd 11 modeldə traktor, 143 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu texnikalardan 9687 -i dövlət sifarişi əsasında "Aqrolizinq" ASC-nə, qalan 724 -ü isə fermerlərə və iş adamlarına satılıb. Rəhimov əlavə edib ki, 2019-cı ilin mart ayının 31-nə qədər Gəncə avtomobil zavodu İstehsalat Birliyində 8 modeldə, müxtəlif modifikasiyalarda 2864 ədəd MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə istifadəyə verilib. Bu avtomobillərin yığımının 30-40 % -ni yerli istehsal təşkil edir. Martın 31-nə qədər müəssisədə 852 traktor, 330 MAZ qoşqusu və 3202 asma avadanlıq istehsal edilib. Bu müddətədək Gəncə avtomobil zavodu İB-də ümumilikdə 208 ədəd KAMAZ markalı yük avtomobili və 411 URAL avtomobili istehsal edilərək təyinatı üzrə istifadəyə verilib.