» » Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində olublar.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində olublar.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində olublar. Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda regionların inkişafı ilə tanış olmaq və bu xüsusda ölkəmizin bölgələrində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun 60-dan çox nümayəndəsi aprelin 2-də Gəncə şəhərinə tanışlıq səfərləri çərçivəsində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində olublar.
Müəssisənin fəaliyyəti ilə tanışlıq zamanı istehsalat birliyinin direktoru Kamran Nəzərov qonaqlara bildirib ki, ölkədə gedən sənayeləşmə prosesinə öz töhfəsinin verən və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 2004-cü ilin dekabrında fəaliyyətə başlayıb. İnkişaf tempini sürətlə artıran zavod ötən illərdə istehsal sahələrini xeyli genişləndirib. Belə ki, fəaliyyətinə OKA, UAZ, ÇAN-QAN avtomobillərinin yığımı ilə başlayan müəssisə hazırda 35 çeşiddə texnika istehsal edir. Qonaqların diqqətinə çatdırılıb ki, 2007-ci ilin mart ayından müəssisədə “Belarus” markalı traktorların yığımına başlanılıb. Traktorların yerüstü yığım xətti 8 postdan ibarətdir. Burada ay ərzində 3 minədək dəstləşdiricinin yığımı aparıla bilər. 2007-ci ildən 2019-cu ilin fevralın 28-dək zavodda 11 modeldə 10386 “Belarus” markalı traktoru istehsal edilib ki, bundan da 9662-I dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə təhvil verilib. Qalan 724 traktor isə iş adamlarına və fermerlərə satılıb. K. Nəzərov bildirdi ki, Belarusla ikitərəfli əməkdaşlıq çərçivəsində bu günə kimi Gəncə avtomobil zavodu İstehsalat Birliyində 8 modeldə, müxtəlif modifikasiyalarda 2864 ədəd MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə istifadəyə verilib. Bu avtomobillərin yığımının 30-40 % -ni yerli istehsal təşkil edir. Müəssisənin direktoru yerli istehsal kimi müəssisədə yığılan 852 traktor və 330 MAZ qoşqusu və 3202 asma avadanlığı da xüsusi vurğulayıb. Həmçinin qonaqların diqqətinə çatdırılıb ki, müəssisə Rusiyanın ən iri avtomobil şirkətləri olan “Kamaz” və “Ural” konsernləri ilə əməkdaşlıq edir. Bu günədək müəssisədə 208 ədəd Kamaz, 411 ədəd Ural avtomobili yığılıb.
Kamran Nəzərov qonaqların diqqətinə çatdırıb ki, zavodda Almaniyanın “MAHA” şirkətinin müasir standartlara cavab verən əyləc sisteminin sınaq stendi quraşdırılıb. Burada istehsal edilən bütün texnika – traktor və avtomobillər tam şəkildə sınaqdan keçirilir. Bundan başqa müasir avadanlıqlarla təchiz olunmuş boyama və qaynaq sexi, yığım xəttləri texnikaların keyfiyyətli yığılmasına yardımçı olur.
İstehsalat Birliyini direktoru yaxın gələcəkdə görülən işlər barədə danışarkən Gəncə avtomobil zavodunda Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri ilə birlikdə elektrobusların istehsalını xüsusi vurğuladı. O bildirdi ki, 2018-ci ilin dekabr ayında Gəncə avtomovil zavodu İB-nin rəhbərləri Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə Belarusa rəsmi səfərləri çərçivəsində “Belkommunmaş” şirkəti ilə ikitərəfli razılaşma imzalanıb. Bu yaxınlarda 4 elektrobusun komplektləşdiricilərinin Gəncə avtomobil zavoduna gətirilməsi gözlənilir.
Kamran Nəzərov hazırda müəssisədə sifarişlərə uyğun olaraq digər çeşiddə və müxtəlif modellərdə texnikaların istehsalı davam etdirildiyini qonaqların diqqətinə çatdırıb.
Gəncə avtomobil zavodunda istehsal olunan texnikalarla tanış olan diplomatlar sonda xatirə şəkli çəkdiriblər.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində olublar.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində olublar.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində olublar.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində olublar.