» » Diplomatlar “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan körpələr evi-uşaq baxçası ilə tanış oldular.
Diplomatlar “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan körpələr evi-uşaq baxçası ilə tanış oldular.

Diplomatlar “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan körpələr evi-uşaq baxçası ilə tanış oldular.Aprelin 2-də Gəncə şəhərinə tanışlıq səfərləri çərçivəsində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə tanış olan Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri müəssisənin balansında olan 240 yerlik körpələr evi-uşaq baxçasında da olublar. Balacalar üçün burada yaradılan şəraitlə yaxşından tanış olan diplomatlara məlumat verilib ki, körpələr evi-uşaq bağçası 1989-cu ildə inşa edilib. 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan binanın ümumi sahəsi 13 min kvadratmetrdən artıqdır. Bağçanın ərazisi hasarlanıb, yaşıllıq zolağı yaradılıb, uşaqların istirahətini mənalı təşkil etmək üçün yay çardaqları, əyləncə və oyun avadanlığı quraşdırılıb. Bina üçün su anbarı, qazanxana, müasir istilik sistemi ilə təmin olunub. Qonaqlara bildirildi ki, bağçanın idman zalı, müasir üzgüçülük hovuzu var. Burada qruplar üçün yataq və soyunub-geyinmə otaqları, şahmat və tibb otaqları, oyun zalı, metodik kabinet təşkil olunub. Körpələr evi-uşaq bağçasında əsasən “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi işçilərinin övladları tərbiyə alır.
Bağçada yaradılan şəraitlə tanış olduqdan sonra balacalar səfirliklərin nümayəndələri qarşısında bədii proqramlarla çıxış etdilər. Onların şirin və yadda qalan çıxışları qonaqlarda xoş ovqat yaratdı.
Sonda xatirə şəkilləri çəkildi.
Diplomatlar “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan körpələr evi-uşaq baxçası ilə tanış oldular.
Diplomatlar “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan körpələr evi-uşaq baxçası ilə tanış oldular.