» » Gəncə avtomobil zavodu İB-i Müşahidə Şurasının Sədri, Millət vəkili Xanlar Fətiyev: “Dövlət başçısının başladığı sosial inqilab vətəndaşların ürəyincədir”.
Gəncə avtomobil zavodu İB-i Müşahidə Şurasının Sədri, Millət vəkili Xanlar Fətiyev: “Dövlət başçısının başladığı sosial inqilab vətəndaşların ürəyincədir”.

Gəncə avtomobil zavodu İB-i Müşahidə Şurasının Sədri, Millət vəkili Xanlar Fətiyev: “Dövlət başçısının başladığı sosial inqilab vətəndaşların ürəyincədir”.“Ölkə başçısı Cənab İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həllinə dair imzaladığı fərman son dərəcə vacib, qətiyyətli bir addəmdır. Uzun müddətdir vətəndaşları narahat edən belə bir ciddi problemin həllinə bu qədər konstruktiv yanaşma bir daha onu göstərdi ki, ölkə rəhbərliyi sıravi vətəndaşların qayğılarına çox həssaslıqla yanaşır və hər zaman onları düşünür. Hesab edirəm ki, dövlət başçısınin qeyd etdiyi kimi 2019-cu il həqiqətən də sosial inqilablar ili olacaq və qəbul edilən qərarlar, verilən fərman və sərəncamlar Azərbaycanın, onun vətəndaşlarının rifahının yüksəlməsinə xidmət edəcək”. Bu fikri jurnalistlərə açıqlamasında Millət vəkili Xanlar Fətiyev bildirib. O əlavə edib ki, ölkə rəhbərinin apardığı məqsədyönlü sosial və iqtisadi inkişaf siyasəti artıq öz bəhrəsini verməkdədir. Millət vəkilinin sözlərinə görə Azərbaycanın iqtisadi potensialı artdıqca dövlət vətəndaşlar üçün şəraitin yaxşılaşdırılması, onların maddi rifahının yüksəldilməsi ilə bağlı vacib qərarlar qəbul edir. 800 mindən çox insanın probleminə yardımçı ola biləcək bu fərman da həmin qəbildəndir. Xanlar Fətiyev qəbul olunan qərarlar və sərəncamların vətəndaşlar arasında çox sevinc və coşqu ilə qarşılandığını, böyük ruh yüksəkliyi yaratdığını əlavə edib:
“Bu günlərdə seçicilərlə görüş zamanı bir daha əmin oldum ki, dövlət başçısının başladığı sosial inqilab vətəndaşların ürəyincədir və onlar cənab prezidentin bu vacib və qətiyyətli qərarlarından çox sevinirlər. Görüşlərdə dövlət başçısına öz minnətdarlıqlarını çatdıran sıravi vətəndaşlar minimum əmək haqqının və müavinətlərin, əmək pensiyalarının əhəmiyyətli dərəcədə artırılmasını çox yüksək qiymətləndirdilər. Bu da onu göstərir ki, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi strategiya kursu ölkə iqtisadiyyatına yeni stimul verir və bu siyasətin önündə Azərbaycan vətəndaşı amili dayanır”.