» » Azərbaycanda Belarus elektrobusları, avtobusları və kombaynlarının istehsalı başlayacaq.
Azərbaycanda Belarus elektrobusları, avtobusları və kombaynlarının istehsalı başlayacaq.

Azərbaycanda Belarus elektrobusları, avtobusları və kombaynlarının istehsalı başlayacaq.Bu barədə məlumatı “Gəncə avtomobil zavodu” İB-nin mətbuat xidməti yayıb. Məlumata görə, bununla bağlı saziş Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov və “Gəncə avtomobil zavodu” İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyevin Belarusa səfəri çərçivəsində imzalanıb.
Tərəflər Minsk avtomobil zavodunun (MAZ) avtobuslarının yığılması, “Belkommunmaş” şirkəti tərəfindən istehsal olunan elektrobus tərkib hissələrinin tədarükü və “Qomselmaş” zavodunda istehsal olunan kombayn tərkib hissələrinin tədarükü barədə saziş imzalayıb.