» » Gəncə avtomobil zavodunun əməkdaşları ağacəkmə aksiyası keçiriblər
Gəncə avtomobil zavodunun əməkdaşları ağacəkmə aksiyası keçiriblər

Gəncə avtomobil zavodunun əməkdaşları ağacəkmə aksiyası keçiriblərGəncə avtomobil zavodunun əməkdaşları müəssisənin ərazisində və ətrafda ağacəkmə aksiyası keçiriblər.
Müəssisənin mətbuat katibi Məqsəd Rəhimovun verdiyi məlumata görə, artıq ənənə halını alan aksiya istehsalat birliyinin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilib. Müəssisənin direktoru Kamran Nəzərovun sözlərinə görə ilkin mərhələdə 500-ə yaxın ağacın əkilməsi nəzərdə tutulub:
“Bildiyiniz kimi bütün Azərbaycanda ağacəkmə aksiyaları təşkil olunur. Biz də mütəmadi olaraq zavodun və Gəncənin digər ərazilərində yaşıllaşdırma və ağacəkmə aksiyaları keçiririk. Bu günə kimi zavodumuzun meyvə bağını yaratmışıq və 150-ə yaxın müxtəlif adda meyvə ağacları əkmişik. Bundan başqa müəsisənin ətrafında və sexlərin qarşısında yaşıllıqlar salmışıq, küknar və dekorativ ağaclar əkmişik. Bu gün isə boş olan ərazilərimizdə Gəncənin rəmzi olan çinar ağacları əkdik. Bu ağac tingləri ilə təminata görə Gəncə şəhər İcra hakimiyyətinə dərin minnətdarlığımızı bildirirəm”, - deyə Kamran müəllim vurğulayıb.
K.Nəzərov əlavə edib ki, bu xeyirxah aksiyanın əkin müddəti bitirənə qədər davam etdirilməsi planlaşdırılır.