» » Rusiyanın Azərbaycandakı səfiri Gəncə avtomobil zavodunda olub.
Rusiyanın Azərbaycandakı səfiri Gəncə avtomobil zavodunda olub.

Rusiyanın Azərbaycandakı səfiri Gəncə avtomobil zavodunda olub.Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov və xanımı Olqa Boçarnikova 2018-ci ilin oktyabrın 30-da “Gəncə avtomobil zavodu” İstehsalat Birliyində olub.
Müəssisədən verilən məlumata görə, səfirə ümumi fəaliyyət barədə məlumat verən birliyin direktoru Kamran Nəzərov bildirib ki, 2004-cü ildə Rusiyanın Naberejnı Çelnı şəhərinın OKA avtomobillərinin istehsalı ilə başlayan Gəncə avtomobil zavodu sonradan Ulyanovsk avtomobil zavodu ilə əməkdaşlıq edib. 2015-ci ildən müəssisə Rusiyanın böyük avtomobil konsernlərindən olan Kamaz ATSC-ilə müqavilə bağlayıb və bu günədək əməkdaşlıq davam edir. K.Nəzərov Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq münasibətlərinin çox yüksək səviyyədə olduğunu qeyd edərək bu isti münasibətlərin Gəncə avtomobil zavodu ilə Rusiya şirkətləri arasında yarandığını da xüsusi vurğulayıb. Səfər şərçivəsində səfir M.Boçarnikova bildirilib ki, 2015-ci ilin sonlarında daha bir Rusiya avtomobil nəhəngi olan URAL avtomobil zavodu ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb və bu günə kimi 275 ağırtonnajlı URAL avtomobili istehsal olunub. Zavodun direktoru onu da vurğuladı ki, Rusiya şirkətləri ilə əməkdaşlıq müqavilələri nəticəsində Gəncədə 314 OKA, 317 UAZ, 273 KAMAZ avtomobili istehsal olunub. Diplomata o da bildirildi ki, ikitərəfli əməkdaşlıq istiqamətində bu gün də işlər davam etdirilir.
K.Nəzərov qeyd etdi ki, “Gəncə avtomobil zavodu” İB Rusiyanın digər böyük şirkətləri ilə də əməkdaşlıq edir. Onlar arasında “Qrabov Avtomobil Zavodu”, “Stroydormaş” Səhmdar Cəmiyyəti, “Russkaya Stalnaya” şirkətini və digərlərini xüsusi qeyd etmək olar.
Zavodun fəaliyyəti ilə yaxından tanış olan Rusiyanın ölkəmizdəki səfiri Gəncə avtomobil zavodunun nəzdində olan uşaq bağçasında da olub. Burada yaradılan şəraitlə tanış olan diplomat öz xoş təəsüratlarını ifadə edib.