» » Gəncə avtomobil zavodu və Minsk traktor zavodu “Belarus” traktorlarının Azərbaycanda istehsalı
Gəncə avtomobil zavodu və Minsk traktor zavodu “Belarus” traktorlarının Azərbaycanda istehsalı

Gəncə avtomobil zavodu və Minsk traktor zavodu “Belarus” traktorlarının Azərbaycanda istehsalıGəncə avtomobil zavodu və Minsk traktor zavodu “Belarus” traktorlarının Azərbaycanda istehsalı üzrə müqaviləni 2018-ci ilin sonunadək artıra bilərlər. Bu sözləri Gəncə avtomobil zavodu istehsalat birliyinin direktoru Kamran Nəzərov deyib. K.Nəzərov əlavə edib ki, müəssisə Minskdə keçirilən “”Belaqro-2018” Beynəlxalq sərgisində iştirak edib.
Nəzərovun sözlərinə görə, sərgi çərçivəsində, Minsk traktor zavodunun direktoru Fedor Domotenko ilə danışıqlar aparılmış və Azərbaycanda istehsal edilən traktor modellərinin spektrinin genişləndirilməsi məsələləri müzakirə edilib və həmçının bu il Gəncədə istehsal olunacaq traktorların sayının artırılması nəzərdən keçirilib.
"Yaxın vaxtlarda zavod, əvvəlki müqavilə üzrə 1000 traktorun yığımını başa çatdırmaq üzrədir. Bununla da ilin sonuna qədər yeni müqavilənin bağlanılması və istehsalın artırılması üçün imkan var. Bu müddətdə istehsal ediləcək traktorların sayı yeni müqavilənin müzakirəsi zamanı müəyyənləşdiriləcək” - deyə Nəzərov bildirib.
Zavodun direktoru qeyd edib ki, görüş çərçivəsində Gəncə avtomobil zavodunun ixraca yönəldilmiş məhsul və texnologiyaların istehsalı üzrə layihəsi də müzakirə olunub, Türkiyədə tikintisi nəzərdə tutulan zavodun üçüncü ölkələrin bazarlarına daxil olunmasının vacıbliyi vurğulanıb.
"Yeni müəssisənin tikintisi sürətlə davam edir. Bu günlərdə, Kırıkale vilayətinin qubernatoru İlker Haktankaçmaz tikintini ziyarət etdi və aparılan işlərlə tanış oldu" deyə Nəzərov əlavə edib.
Ötən ilin sonunda Gəncə və Minsk zavodları arasında strateji əməkdaşlıq müqaviləsi imzalanıb ki, bu da Azərbaycan müəssisəsinə Türkiyədə istehsalın yaradılmasına imkan yaradıb.