» » “Bu il, bu yaxınlarda Gəncə avtomobil zavodunda onmininci traktor istehsal edilibdir.
“Bu il, bu yaxınlarda Gəncə avtomobil zavodunda onmininci traktor istehsal edilibdir.

“Bu il, bu yaxınlarda Gəncə avtomobil zavodunda onmininci traktor istehsal edilibdir. “Bu il, bu yaxınlarda Gəncə avtomobil zavodunda onmininci traktor istehsal edilibdir. Bu da bizim müştərək əməkdaşlığımızın təzahürüdür. Biz indi fermerləri “Gəncə-Belarus” traktoru ilə təmin edirik. Bu traktorlara çox böyük maraq var. Mən bölgələrdə, tarlalarda olarkən maraqlanıram və bütün fermerlər bu traktorları çox yüksək qiymətləndirirlər. Əgər vaxtilə bu zavod yaradılmasaydı, bu traktorları istehsal etməsəydi, həmin texnikanın hamısını biz xaricdən alası olacaqdıq və nə qədər pul xərcləyəcəkdik. İndi isə biz həm ixrac edirik, həm də üçüncü ölkələrdə “Gəncə-Belarus” traktorlarının istehsalına başlayırıq”. Bu fikirləri Prezident İlham Əliyevin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda yekun nitqində söyləyib.