» » Aprelin 7-də kənd təssərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında olub.
Aprelin 7-də kənd təssərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında olub.

Aprelin 7-də  kənd təssərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında olub. Aprelin 7-də kənd təssərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında olub.
Səfərdə əsas məqsəd “Aqrolizinq” ASC-yə müqavilə əsasında təhvil verilən Gəncə avtomobil zavodu istehsalat birliyində istehsal olunan 80 X markalı traktorlara baxış idi. Traktorların texniki vəziyyətini nəzərdən keçirən nazir müavininə məlumat verilib ki, “Aqrolizinq” ASC tərəfindən təkminləşdirilmə üçün nəzərdə tutulan bütün dəyişikliklər Gəncə avtomobil zavodu istehsalat birliyi mütəxəssisləri tərəfindən aparılıb və pambıqçılıq təsərrüfatları üçün nəzərdə tututulan texnikalara qoruyucu şitlər və ağırlaşdırıcı yüklər quraşdırılıb. Azərbaycanın bütün bölgələrinin aqrotexniki vasitələr və traktorlarla təminatının yaxşılaşdırılmasının dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan S.Talıbov gələcəkdə bu işlərin davam etdiriləcəyini qeyd edib:
“Bu gün demək olar ki, bütün bölgələrdə kənd təsərrüfatını inkişaf etdirmək üçün bütün texnikalar alınıb. Gəncə avtomobil zavodu ilə əməkdaşlığımız yenə də davam edir. Gələcəkdə bağçılığın və üzümçülüyün inkişafı istiqamətində aparılacaq işlər çərçivəsində mini traktorların və digər kiçik ölçülü kənd təsərrüfatı aqreqatlarının alınması nəzərdə tutulur. Bu gün bölgələrdə fermerlər Gəncədə istehsal olunan texnikaların keyfiyyətindən razılıq edirlər. Qarşıya çıxan hər bir xirda problem dərhal həll olunur”.
Texnikalara baxış zamanı “Aqrolizinq” ASC-nin Idarə Heyətinin sədri Elşən Məmmədov və Gəncə avtomobil zavodu istehslat birliyinin direktoru Kamran Nəzərov da iştirak edib. Söhbət zamanı ikitərəfli əməkdaşlıq, texnikaların təkmilləşdirilməsi, yeni modellərin yığılması və görüləcək işlər barədə məsələlər müzakirə olunub. K.Nəzərovun sözlərinə görə, 2007-ci ildən dövlət sifarişi əsasında müxtəlif modeldə traktorlar və kənd təsərrüfatı texnikaları, asma avadanlıqlar, traktor qoşquları yığılaraq “Aqrolizinq” ASC-yə təhvil verilib:
“Bu günədək Gəncə avtomobil zavodu İB-də 10000 ədəd müxtəlif markalı traktorlar yığılıb, onlardan 8466-ı dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə verilib. Bu il “Aqrolizinq” ASC ilə yeni müqavilə imzalamışıq və 1000 traktor və 700 traktor qoşqusu istehsal edərək təhvil verəcəyik. Müəssisəmizdə istehsal olunan kənd təsərrüfatı texnikalarının keyfiyyətinə nəzarət etmək məqsədilə “Aqrolizinq” ASC-nin və Gəncə avtomobil zavodu İB mütəxəssislərindən ibarət qrup yaradılıb. Çalışırıq ki, fermerlər və iş adamları müəssisəmizdə istehsal olunan texnikaların keyfiyyətindən məmnun qalsınlar”.