» » “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə Çexiyanın “Tatra” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
“Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə Çexiyanın “Tatra” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə Çexiyanın “Tatra” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə Çexiyanın “Tatra” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Yaxın günlərdə isə “Aqrolizinq” ASC ilə zavod arasında 1000 traktor və 700 traktor qoşqusunun yığımı ilə bağlı müqavilə bağlanacaq.
“Gəncə avtomobil zavodu” İstehsalat Birliyində ilin yekunlarına həsr edilmiş yığıncaqda çıxış edən İstehsal Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev bu barədə məlumat verib.
Yığıncaqda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri açan “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev müəssisənin fəaliyyət imkanları və qarşıda duran vəzifələr haqqında məlumat verərək bildirib ki, gələn il Türkiyədə Gəncə avtomobil zavodunun filialının açılışı nəzərdə tutulur.
Artiq Türkiyə və Gürcüstanda zavodun nümayəndəliklərinin fəaliyyət göstərdiyini deyən Xanlar Fətiyev gələn il Gəncə traktorlarının Türkiyədə yığılmasını və istehsal olunan texnikaların üçüncü ölkələrdə satışını planlaşdırdığını diqqətə çatdırıb.
Gəncə avtomobil zavodu ilə əməkdaşlığın ilbəil gücləndiyini deyən Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç müəssisədə yığılan avtomobillərin, traktorların və digər kənd təsərrüfatı texnikalarının hər iki ölkənin maşınqayırma sənayesinin və iqtisadiyyatının inkişafına töhfə verdiyini deyib.
Yığıncağın sonunda zavod işçiləri Gəncə şəhərinin ictimai həyatında və sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.