» » Azərbaycanın Çexiyadakı səfirliyində “Gəncə avtomobil zavodu”
Azərbaycanın Çexiyadakı səfirliyində “Gəncə avtomobil zavodu”

Azərbaycanın Çexiyadakı səfirliyində “Gəncə avtomobil zavodu” Azərbaycanın Çexiyadakı səfirliyində “Gəncə avtomobil zavodu” İB və Çexiyanın “TATRA” şirkəti arasında Azərbaycanda yük maşınlarının istehsalı ilə bağlı əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “ TATRA ” şirkətinin idarə heyətinin sədri Petr Rusek imzalayıb. Əldə edilmiş razılaşmaya əsasən, 2018-ci ildən etibarən Azərbaycanda müxtəlif növ “ TATRA ” yük maşınlarının istehsalına başlanacaq. Memorandumun imzalanması münasibətilə keçirilən tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək “ TATRA ” şirkətinin Azərbaycanın sənaye sahəsinə daxil olmasını əlamətdar hadisə kimi qiymətləndirib və eyni zamanda, Çexiya şirkətinin Gəncə avtomobil zavoduna göstərdiyi etimadı təqdirəlayiq adlandırıb. Səfir həmçinin sözügedən Memorandumun imzalanmasının Azərbaycanın qeyri-neft sektoruna töhvə verəcəyinə ümidvar olduğunu qeyd edib.