» » "Gəncə bu gün, eyni zamanda, böyük sənaye mərkəzinə çevrilir.
"Gəncə bu gün, eyni zamanda, böyük sənaye mərkəzinə çevrilir.

"Gəncə bu gün, eyni zamanda, böyük sənaye mərkəzinə çevrilir. "Gəncə bu gün, eyni zamanda, böyük sənaye mərkəzinə çevrilir. Buradakı bir çox zavodlar ölkəmizin qeyri-neft sektorunun inkişafında çox önəmli rol oynayır. Burada minlərlə iş yeri yaradılıb. Gəncə avtomobil zavodunu qeyd etmək kifayətdir ki, biz onun timsalında Azərbaycanda sənaye istehsalının necə inkişaf etdiyini görək. Biz vaxtilə Belarus ilə traktor istehsalı sahəsində müqavilə bağladıq və burada Belarus traktorları, ondan sonra yük maşınları, avtobuslar yığılmağa, istehsal olunmağa başlanmışdır. İndi bu zavod nəhəng bir sənaye mərkəzidir. Gəncə avtomobil zavodu indi digər ölkələrdə sənaye sahələrinin yaradılmasında iştirak edir. Yəni, bu inkişaf buna gətirib çıxarıb ki, həm daxili tələbat təmin edilir, iş yerləri yaradılır, qeyri-neft sektoru inkişaf edir və biz artıq qonşu ölkələrə də öz məhsulumuzla, texnologiyalarımızla çıxırıq" sitatın sonu. Bunu noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.