» » "Gəncə avtomobil zavodu" İB-in Belarus nümayəndəliyinin potensialı zavodun Belarus tərəfdaşları
"Gəncə avtomobil zavodu" İB-in Belarus nümayəndəliyinin potensialı zavodun Belarus tərəfdaşları

 "Gəncə avtomobil zavodu" İB-in Belarus nümayəndəliyinin potensialı zavodun Belarus tərəfdaşları "Gəncə avtomobil zavodu" İB-in Belarus nümayəndəliyinin potensialı zavodun Belarus tərəfdaşları ilə əməkdaşlığının qurulmasına, eləcə də Azərbaycanın hüdudlarından kənarda istehsalın təşkilinə imkan yaradacaq. Bu barədə "Gəncə avtomobil zavodu" İB-in Belarus nümayəndəliyinin rəhbəri Vladimir Lyusikov bildirib. O, əlavə edib ki, bununla yanaşı Türkiyədə Gəncə avtomobil zavodunun traktorlarının yığılması və Gürcüstanda həm traktorların, həm də yük avtomobillərinin tədarükü üzrə layihələrdə iştirak etməsi vacib məsələlərdəndir.
Lyusikov xatırladıb ki, Gəncə avtomobil zavodunda Belarus avtomobil texnikalarının yığılması 2006-cı ildə Azərbaycan prezidenti İlham Əliyevin Belarusa ilk rəsmi səfəri zamanı baş tutmuşdu.
"Səfər zamanı Azərbaycan nümayəndə heyəti Minsk traktor və Minsk avtomobil Zavodlarının istehsalı ilə tanış olub və iki prezidentin görüşü zamanı Azərbaycanda belarus texnikalarının istehsalını yaratmaq qərarına gəlinib. Bu məqsədlə işçi qrupu yaradıldı, bu layihələrin həyata keçirilməsi variantları nəzərdən keçirildi. Müxtəlif varianrlar arasında artıq təcrübəyə malik olan Gəncə avtomobil zavodu seçildi və artıq 2007-ci ilin mart ayında ilk Belarus traktoru, bir az sonra isə MAZ avtomobili konveyerdən düşdü" Lyusikov bildirib.
Nümayəndəliyin rəhbəri bildirib ki, 2007-ci ilin may ayında Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri zamanı Belarusun Azərbaycandakı ilk Milli Sərgisi açılmış, Gəncədə yığılan MAZ avtomobilləri və MTZ traktorları ekspozisiyada mərkəzi yeri tutmuşdu.
"Qısa müddət ərzində nümayəndəliyin səmərəli işinin təşkil üçün peşəkar işçi komanda yaratmışıq. Hazırda nümayəndəlik Azərbaycanda belarus yük maşınların və traktorların yığımı, satışı və servis xidməti üzrə layihələrin uğurla həyata keçirilməsi üçün səmərəli töhfəsini verir. Böhran dövründə nəinki əvvəlki ticarət dövriyyəsinin həcmi azalmadı, əksinə ikitərəfli əməkdaşlığın digər istiqamətləri üzrə yeni imkanlar açılıb.
Gəncə avtomobil zavodunun Belarus təmsilçiliyinin fəxr etdiyi ən mürəkkəb layihələrdən biri-qısa müddət ərzində 192 pambıqyığan traktorun çatdırılması və pambıqçılığın inkişafı üzrə Dövlət Proqramı çərçivəsində pambıqyığan traktorların tədarükü üzrə tenderdə ağır rəqabət şəraitində qələbənin təmin olunmasıdır. Lyusikov qeyd edib ki, nümayəndəlik 2018-ci ildə MAZ avtomobillərinin Azərbaycana gətirilməsi üçün yeni müqavilənin bağlanılması istiqamətində fəal işlər aparır.