» » Аzərbaycan Türkiyədə traktor istehsal edəcək.
Аzərbaycan Türkiyədə traktor istehsal edəcək.

Аzərbaycan Türkiyədə traktor istehsal edəcək. Azərbaycan Türkiyədə traktor istehsal edəcək.
"Gəncə avtomobil zavodu" İstehsalat Birliyi və Belarusun "MTZ Holdinqi" əməkdaşlıq barədə strateji saziş imzalayıb. Bu saziş Gəncə zavoduna Türkiyədə traktor istehsal etməyə imkan verəcək. Sazişi "Gəncə avtomobil zavodu" İB-nin icraçı direktoru Kamran Nəzərov və "MTZ " ASC- in baş direktoru Fyodor Domotenko imzalayıblar. İmzalanma mərasimindən sonra "Gəncə avtomobil zavodu" İB-in Müşahidə Şurasının sədri Xanlar Fətiyev qeyd edib ki, Azərbaycan məhsulunun ixracının genişləndirilməsi dövlət başçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətərindən biridir.
F.Domotenko bildirib ki, Türkiyədə traktor istehsalı ilə Azərbaycan tərəfi məşğul olacaq: "İmzalanan saziş həmçinin 460 "Belarus" traktor komplektinin tədarükünü nəzərdə tutur".