» » Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Bakı Ekspo Mərkəzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgiləri ilə tanış olublar.
Dövlət başçısı “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin sərgidə nümayiş etdirilən traktorlarına baxıb. Burada müəssisənin istehsalı olan 10 müxtəlif modeldə traktor, otbiçən və kotanlar nümayiş etdirilib. Traktor modellərindən bəziləri ilk dəfə olaraq təqdim edilib. Onların arasında pambıq əkini və kəskin isti hava şəraitində məhsul yığımı üçün nəzərdə tutulan kondisionerli traktorlar da var.