» » Azərbaycan və Belarus Gəncə avtomobil zavodunda istehsal olunan avtomobil və kənd təsərrüfatı maşınlarının üçüncü ölkələrə ixracın həcmini artırmaq üçün çalışır.
Azərbaycan və Belarus Gəncə avtomobil zavodunda istehsal olunan avtomobil və kənd təsərrüfatı maşınlarının üçüncü ölkələrə ixracın həcmini artırmaq üçün çalışır.

Azərbaycan və Belarus Gəncə avtomobil zavodunda istehsal olunan avtomobil və kənd təsərrüfatı maşınlarının üçüncü ölkələrə ixracın həcmini artırmaq üçün çalışır. Azərbaycan və Belarus Gəncə avtomobil zavodunda istehsal olunan avtomobil və kənd təsərrüfatı maşınlarının üçüncü ölkələrə ixracın həcmini artırmaq üçün çalışır. Bu barədə mətbuat konfransında Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib. Onun sözlərinə görə, sənaye koorporasiyası perspektivli sahədir və iki ölkə arasında ticarət dövriyyəsinin 20 faizini təşkil edir.
"Gəncə avtomobil zavodunun işini xüsusilə vurğulamaq istərdim ki, burada istehsal olunan Belarus maşınlarının çeşidi artmaqdadır və işbirliyi çərçivəsində ümumilikdə 8000 artıq Belarus traktoru və 3000-dən çox MAZ yük maşını istehsal olunub" deyə Axramoviç əlavə edib.
O, qeyd edib ki, zavod artıq üçüncü ölkələrə texnikaların ixracını təmin edir.
"Traktorların Gürcüstana ixracı ilə bağlı davamlı iş aparılır, başqa ölkələrə texnika tədarükünün artırılması üzrə tədbir görülür. Gəncə avtomobil zavodunda Belarusa ixrac etmək məqsədilə bir sıra aqreqatların istehsalı üçün işlər aparılır". Digər bir perspektivli layihə də Gəncə şəhərində avtobusların istehsalıdır. Yaxın vaxtlarda bunlar Azərbaycanın küçələrində görünə bilər ", səfir deyib.
Minsk traktor zavodu və Gəncə avtomobil zavodu 2020-ci ilədək istehsal həcmini ildə 2 min ədəd texnika yığılmasını planlaşdırır. Gəncə avtomobil zavodunun bazasında Minsk avtomobil zavodunun sərnişin avtomobillərinin yığımının təşkili üzrə layihənin həyata keçirilməsində tərəflərin qarşılıqlı maraqları var.