» » Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Gəncə avtomobil zavodu” İB-in istehsal edəcəyi elektrobuslara maraq göstərir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Gəncə avtomobil zavodu” İB-in istehsal edəcəyi elektrobuslara maraq göstərir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Gəncə avtomobil zavodu” İB-in istehsal edəcəyi elektrobuslara maraq göstərir Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Gəncə avtomobil zavodu” İB-in istehsal edəcəyi elektrobuslara maraq göstərir. Bunu İstehsalat Birliyi "Marketinq və servis müəssisəsi" MMC-nin direktor üzrə müavini deyib. Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov təqdim edilən avtobus modelinə baxış keçirib və nəticədən razı qalıb. K.Barabanov nazirliyin bir neçə avtobus almağa hazır olduğunu deyib. Qeyd edək ki, Gəncə avtomobil zavodunda 2017-ci ilin yanvarından “Eurabus” elektrik avtobuslarının yığılmasına başlanacaq.
“Gəncə avtomobil zavodu” İB-in Müşahidə Şurasının Sədri Xanlar Fətiyevin sözlərinə görə, ilkin mərhələdə 350-400 avtobus istehsalı planlaşdırılıb.
Almaniyanın “Eurabus” şirkətinin baş direktoru Kristian Zayts iki şirkət arasında müqavilənin yaxın iki ay ərzində imzalanacığını deyib. O, artıq ilk elektrobusun test sınağından keçirildiyini də deyib. Gəncədə yığılacaq elektrobusların xarici ölkələrə, xüsusilə Gürcüstana ixrac olunması da planlaşdırılır.