» » Yaxın günlərdə Azərbaycana sınaq üçün "Eurabus" elektrik avtobuslarının ilk modeli gətiriləcək.
Yaxın günlərdə Azərbaycana sınaq üçün "Eurabus" elektrik avtobuslarının ilk modeli gətiriləcək.

Yaxın günlərdə Azərbaycana sınaq üçün "Eurabus" elektrik avtobuslarının ilk modeli gətiriləcək.Yaxın günlərdə Azərbaycana sınaq üçün "Eurabus" elektrik avtobuslarının ilk modeli gətiriləcək. Bunu jurnalistlərə "Gəncə avtomobil zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib. Xanlar Fətiyev xatırladıb ki, bu yaxınlarda Berlində Almaniyanın "Eurabus" şirkətinin rəhbərliyi ilə memorandum imzalanıb:
"Memorandum bir ay-ay yarım ərzində elektrobusların ilk modelinin gətirilməsini nəzərdə tutur və burada aprobasiyadan keçiriləcək. Biz onu Bakı, Sumqayıt və Gəncədə sınaqdan keçirməli və bir sıra texniki məsələləri dəqiqləşdirməliyik".
Onun sözlərinə görə, bu nəqliyyat vasitələrinin akkumulyatorları çox bahalıdır, buna görə də ən optimal variantı tapmaq zəruridir: "Gəncə avtomobil zavodu min ədəd belə avtobus buraxmağa hazırdır. Lakin hər şey tələbat və sifarişlərdən asılı olacaq. Bu avtobuslar tamamilə ekoloji təmizdir".