» » Gəncə avtomobil zavodu və Minsk traktor zavodu 2016-ci ildə iki min Belarus traktorunun Azərbaycana tədarükü və yığılması haqqında memorandum imzalayıb.
Gəncə avtomobil zavodu və Minsk traktor zavodu 2016-ci ildə iki min Belarus traktorunun Azərbaycana tədarükü və yığılması haqqında memorandum imzalayıb.

Gəncə avtomobil zavodu və Minsk traktor zavodu 2016-ci ildə iki min Belarus traktorunun Azərbaycana tədarükü və yığılması haqqında memorandum imzalayıb.Gəncə avtomobil zavodu və Minsk traktor zavodu 2016-ci ildə iki min Belarus traktorunun Azərbaycana tədarükü və yığılması haqqında memorandum imzalayıb. Sənədi "Gəncə avtomobil zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "Minsk traktor zavodu" ASC-in baş direktoru Fyodor Domotenko imzalayıblar. Xanlar Fətiyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi respublikanın inkişafı üzrə prioritetlərdən biri kənd təsərrüfatıdır. Bununla əlaqədar müxtəlif təyinatlı keyfiyyətli kənd təsərrüfatı texnikasının tələbata cavab verən həcmdə istehsalı önəm kəsb edir. Danışıqlar zamanı hazır məhsulla üçüncü ölkələrin bazarlarına birgə çıxış barədə razılıq əldə olunub, həmçinin Azərbaycanda istehsalın lokallaşdırılması üzrə məsələlər müzakirə olunub. Görüşdə Gəncə avtomobil zavodununun istehsalın genişləndirilməsi və yeni məhsulların istehsalı üzrə böyük imkanlarının olduğu qeyd olunub.