|  | Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas keçirilib. 23.04.09 Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda ölkə başçısı kənd təsərrüfatı sahəsində əldə olunmuş nailiyyətlər barədə söyləyib. Və burada prezident Gəncədə traktorların istehsal olunduğunu xüsusi vurğulayib. Sitat: “Biz son illər ərzində kənd təsərrüfatının inkişafına xüsusilə böyük diqqət göstərmişik və əməli-praktik tədbirlər də görülmüş, texnika alınmışdır. Bu gün texnika ilə problemlər yoxdur, təmin olunur. Hətta biz Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalına başlamışıq. Qısa müddət ərzində Gəncədə traktor istehsalına başlamışıq...”Qeyd edək ki, bununla ikinci dəfədir ki, dövlət başçısı Gəncə avtomobil zavodunun ölkənin kənd təsərrüfatına verdiyi töhfəni vurğulayır. Xatırladaq ki, 2008-ci ilin avqustun 5-də Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda ölkı prezidenti İlham Əliyev deyib, sitat: “ Cəmi 1 il ərzində taxıl istehsalı 480 min ton artıb. Nəyin hesabına? Ona görə ki... Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalına başlanmışdır və artıq Gəncədə traktorlar istehsal olunur...Bu gün Azərbaycan iqtisadiyyatı üçün lazım olan avadanlıqlar Azərbaycanda istehsal olunur”.
Geriyə |
| |
|
|
|