|  | Bu gün Gəncə avtomobil zavodunda konveyerdən düşən sayca 1000-ci traktorun təqdimat mərasimi keçirilib. 06.04.09 Bu gün Gəncə avtomobil zavodunda konveyerdən düşən sayca 1000-ci traktorun təqdimat mərasimi keçirilib. Bu hadisənin böyük əhəmiyyəti var. 2004-cü ildə “OKA” avtomobillərin yığımı ilə fəaliyyətə başlayan Gəncə avtomobil zavodu bu gün “Belarus” traktorları istehsal edir. 1000-ci traktorun istehsalı ilə bağlı keçirilən tədbirdə Belarusun Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Nikolay Patskeviç, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev, Nizami və Kəpəz rayon icra hakimiyyətləri başçıları və şəhər ictimayyəti iştirak edib.Məlumat üçün bildirək ki, 2006-cı ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı 2 dövlət arasında əməkdaşlığın yaradılması barədə Belarus Respublikasının dövlət başçısı ilə razılığa gəlinib. Buna əsasən Gəncə avtomobil zavodu bu müəssisələrlə müqavilə bağlayıb. 2007-ci ilin mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk “Belarus” markalı traktor konveyerdən endirilib. 2007-ci ildən bəri dövlət sifarişini yerinə yetirən Gəncə avtozavodu “Aqrolizinq” ASC-ə müxtəlif modeldə traktor istehsal edərək təhvil verir. 2007-ci ildə 426 ədəd, 2008-ci ildə isə 481 ədəd traktor yığılıb. Bu il üçün, ümumilikdə. 570 ədəd “Belarus” traktorun istehsalı nəzərdə tutulub. Hazırda zavodda “Belarus 80.1”, “Belarus 82.1”, “Belarus 892”, “Belarus 1221”, “Belarus 1025”, “”Belarus 80X” modeldə traktorlar istehsal edilir.Tədbiri giriş sözü ilə açan Gəncə avtomobil zavodunun direktoru Xanlar Fətiyev Minsk traktor və avtomobil zavodları ilə əməkdaşlığın səməriliyindən və bu əlaqələrin perspektivindən danışıb. Müəssisənin rəhbəri əlavə edib ki, Minsk avtomobil zavodu ilə əldə olunan razılaşmaya görə Gəncə avtomobil zavodu Azərbaycanda MAZ markalı avtomobillərin və digər texnikanın realizəsını həyata keçirmək üçün eksklüziv hüquqa malikдир вя бundan sonra ölkə ərazisində MAZ avtomobillərinə olan tələbatı Gəncə avtomobil zavodu ödəyəcək. Cənab Fətiyev bu il 450 ədəd müxtəlif modeldə MAZ avtomobillərin istehsalın nəzərdə tutulduğunu söyləyib.Belarus Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Nikolay Patskeviç isə iki dövlət arasında mövcud olan çoxşahəli əlaqələrdən söhbət açıb. Səfir bu ildə Gəncə avtomobil zadunun bazasında Azərbaycan-Belarus birgə müəssisəsinin yaradılacağını da xüsusi vurğulayıb. Nikolay Patskeviç az bir müddətdə Gəncədə görülən işləri sürətli inkişaf kimi qiymətləndirib və cəmi 2 ilə artıq 1000-ci traktorun konveyerdən çxmasını inkişafın bariz nümunəsi adlandırıb. Çıxışlardan sonra 1000-ci traktor konveyerdən endirildi və tədbir içtirakçılarına təqdim olundu. Sonra şəhər rəhbərliyi və qonaqlar Gəncə avtomobil zavodunda yığım prosesi ilı yaxından tanış oldular.
Назад |
| |
|
|
|