» » MÜƏSSİSƏNİN TARİXİ
MÜƏSSİSƏNİN TARİXİ

MÜƏSSİSƏNİN TARİXİ

Lakin Sovetlər Birliyinin Kommunist Partiyasının Mərkəzi Bürosunun qərarı o vaxtkı Ermənistan rəhbərliyi tərəfindən böyük narazılıqla qarşılanıb. Ermənistan rəhbərliyi layihəni məhz Ermənistan ərazisində reallaşmasına böyük səylər göstərib. Və yalnız Heydər Əliyevin nüfuzu və möhkəm iradəsi nəticəsində avtomobil zavodunun təməli Azərbaycanda Gəncədə qoyulur.

Müəssisənin tikintisi 1989-cu ildə başa çatdırılmalı idi, 1990-cı ilin əvvəllindən isə artıq 1,5 tonluq yük avtomobillərin istehsalına başlanmalı idi. Layihəyə görə müəssisənin gücü il ərzində 30 000 avtomobil istehsalına bərabər olub. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır.

MÜƏSSİSƏNİN TARİXİ Amma bütün çətinliklərə baxmayaraq 2004-cü ilin dekabrında Gəncə avtomobil zavodu işə düşür və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü ğörür. Zavodda VAZ 11113 «OKA» markalı avtomobillərin yığımına başlanılıb. Rusiyanın Naberejnıye Çelnı şəhərində yerləşən Azlitrajlı avtomobillərin istehsalı üzrə zavodundan gətirilən komplektləşdirici detallar əsasında Gəncə zavodunda «OKA»nın 3 modeldə yığımı təşkil olundu. Dekabrın 24-də müəssisənin konveyerindən ilk avtomobil düşür və bu hadisə şəhər səviyyəsində təntənəli qeyd olunub. Şəhər ictimaiyyətinə Gəncə avtozavodunun ilk məhsulunu müəssisənin rəhbəri şəxsən özü nümayiş etdirir. Zavodun birinci məhsulu Qarabağ döyüşçülərinə qismət olub. Ölkənin müxtəlif bölgələrində yaşayan 120 Qarabağ əlili və Böyük Vətən müharibəsi iştirakçıları Gəncə avtozavodunda yığılan «OKA» avtomobillərə sahib olub. Lakin «OKA» avtomobillərin istehsalı səmərə vermədiyinə ğörə bu maşının istehsalı dayandırılır. Ümumimilikdə, müəssisədə 314 «OKA» avtomobili istehsal olunub.

MÜƏSSİSƏNİN TARİXİMÜƏSSİSƏNİN TARİXİMÜƏSSİSƏNİN TARİXİ

«OKA»dan sonra müəssisədə «UAZ» avtomobillərin yığımına başlandı. 2005-ci ilin mayında müəssisə Rusiyanın «UAZ» ASC ilə əsas razılaşmanı imzalayıb və avqust ayında Gəncə avtomobil zavodunda UAZ avtomobillərin yığımı təşkil olunub. «UAZ» şirkətilə bağlanmış müqaviləyə əsasən zavodda UAZ-ın 10 modellinin, o cümlədən HUNTER və SİMBİR modellərin yığımı həyata keçirilirdi. Lakin Rusiya şirkəti ilə işbirliyi 1 il davam edib. 2006-cı ilin avqustunda Gəncə avtomobil zavodu Rusiya avtomobil şirkəti ilə əməkdaşlığı pozmaq qərarına ğəlib. Bunun bir neçə səbəbi olub. Bir tərəfdən 2005-ci ilin iyulun 1-dən Rusiya Federasiyasında AVRO-2 beynəlxalq standartın tətbiqindən sonra Ulyanovsk müəssisəsində ciddi problemlər yaranıb, çünki UAZ-ın 14 modelindən 12-i bu standarta cavab vermirdi və bu tipli avtomobillərin Rusiya ərazisində buraxılmağa qadağa qoyuylyb. Digər tərəfdən isə buna səbəb «UAZ» şirkətinin Gəncə müəssisəsinə keyfiyyətsiz ehtiyat hissələri göndərməsi olub. Bundan başqa göndərilən komplektləşdiricilər natamam olduğundan müəssisənin konveyerində 50 avtomobilin yığımı yarımçıq qalmışdır. Ümumilikdə avtozavoda 243 UAZ avtomobili yığılıb.


Lakin Rusiya ilə işbirliyinin pozulması Gəncə avtomobil zavodunun fəaliyyətinə təsir etmədi. Həmin ərəfədə müəssisə Çinin Can Qan və Li Fan avtomobil korporasiyaları ilə əməkdaşlıq müqaviləsi bağlayır. Və 2005-ci ilin oktyabr ayında Gəncədə «Can Qan» avtomobillərin yığımına başlanır. Müəssisədə 7 modeldə ortatonnajlı yük maşınların yığımı təşkil olunub. Modellərdən 3-ü isə «GƏNCƏ» adı ilə buraxılır. Oktyabrın 8-də Gəncə avtomobil zavodunda yığımdan keçən ilk çin avtomobilin prezentasiyası keçirilib və bu avtomobili də zavodun rəhbəri şəxsən özü nümayiş etdirib. Bu maşınlar əhalinin orta təbəqəsi üçün nəzərdə tutulduğundan, məhz bu tipli avtomobillərin istehsalı səmərəli hesab olunurdu, çünki bunlara tələbat böyük idi və əhalinin alıcılıq qabiliyyətinə uyğun idi. Hazırda «Canq Qan» avtomobillərin istehsalı müvvəqəti dayandırılıb.

MÜƏSSİSƏNİN TARİXİ

2006-cı ilin oktyabrında isə Azərbaycan prezidentinin İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı 2 dövlət arasında iqtisadi əlaqələrin qurulması, o cümlədən Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə Belarus Respublikasının dövlət başçısı ilə razılığa gəlinib. Bu razılığa əsasən avtozavod bu müəssisələrlə müqavilə bağlayıb. Və cəmi 1 aya müəssisədə yerli mütəxəssislər yeni texnoloji xətt quraşdırır. Hətta Minskdən gələn mütəxəssislər zavoda görülən işləri yüksək qiymətləndirir. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Bununla əlaqədar müəssisədə yığılan «Belarus 80.1» model traktorun təqdimat mərasimi keçirilib. Dövlət sifarişini yerinə yetirən Gəncə avtozavodu bu il «Aqrolizinq» ASC-nə 382 ədəd müxtəlif modelli traktor yığıb, təhvil verəcək. Hazırda müəssisədə «Belarus 80.1», «Belarus 82.1», «Belarus 1221», «Belarus 1025», «Belarus 892», «Belarus 80X» modeldə traktorlar istehsal edilir.

Paralel olaraq müəssisədə MAZ yük avtomobillərinin yığımı da təşkil olunub. Ağırtonnajlı yük avtomobillərinin yığımı üçün avtozavodda əlavə texnoloji xətt quraşdırılıb. Və aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. Qeyd edək ki, zavodun istehsal gücü ildə 1700-2000 ədəd traktor və 950-1000 ədəd yük avtomobilin istehsalına bərabərdir.

Qeyd edək ki, Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri çərçivəsində mayın 2-4 Bakıda keçirilən Milli Sərgidə Gəncə avtomobil zavodunun istehsal etdiyi traktor və yük avtomobilləri nümayişə çıxarılıb və hər 2 dövlət başçısının xüsusi diqqətini cəlb edərək, yüksək qiymətləndirilib.

MÜƏSSİSƏNİN TARİXİ